site.post.choose_player
Bədbəxt hadisə ilə üzləşən 12 yaşlı qız 2 həftə sonra komadan ayıldı
Dəm qazından zəhərlənərək 14 gün komada qalan azyaşlının həyatı xilas edilib.
BAKU.WS xəbər verir ki, dekabrın 10-da 12 yaşlı pasiyent kəskin inhalasyon dəm qazı zəhərlənməsi diaqnozu ilə serebral koma vəziyyətində Kliniki Tibbi Mərkəzə gətirilib.
14 gün ərzində yüksək qızdırma ilə koma vəziyyətində qalan xəstə müalicələrdən sonra həyata qaytarılıb. Hazırda vəziyyəti qənaətbəxşdir.
Azyaşlı zəruri kontrol müayinələrdən keçirildikdən sonra müalicəsinin davam etdirilməsi üçün uşaq xəstəxanalarından birinə hospitalizasiya edilib.
site.post.link_copied
site.tag_news
- Bərdədə meyiti tapılan nənə və nəvə barədə məlumat
- Bərdədə iki nəfər dəm qazından zəhərləndi
- "Evdə adamlar olub, amma..." | Meyiti tapılan gənc müəllimin faciəvi ölümü
- Ailəyə dərd üstünə dərd gətirən hadisə | “Duracaqsan, uşaqlarının əlindən tutacaqsan...”
- Sumqayıt şəhərində dəm qazından zəhərlənmə | Araşdırma aparılır
