“Bəzilərində o dərəcədə tərləmə olur ki...” | Qolaltı botoks xərçəng yaradır? - Baku TV
Son vaxtlar tərləmədən narahat olanlar üçün yeni həll yolu kimi botoks təklif edilir. Sosial şəbəkələrdə kosmetoloqlar bu proseduru reklam edirlər. Xüsusilə həddindən artıq tərləmədən əziyyət çəkənlərə tövsiyə edirlər.
Sözügedən prosedurun zərərləri barədə danışanlar da az deyil. İddia olunur ki, tərləmənin qarşısını almaq orqanizmin toksinlərdən təmizlənməsinə mane ola, qaraciyər və böyrəklər üçün əlavə yük yarada, hətta xərçəngə səbəb ola bilər.
Həkim Adil Qeybulla mövzu ilə bağlı Baku TV-yə danışıb.
“Botoks botulotoksindir. Bu, botulizm çöplərinin buraxdığı toksindir və xərçəng şişi yaratmaq xüsusiyyətinə malik deyil. Ümumiyyətlə, botulotoksinin əl və qoltuqaltı nahiyədə aşırı tərləmənin qarşısını almaq üçün istifadəsi tibbi praktikada mövcuddur. Bunun üçün xüsusi göstəriş var və həmin prosedur bu tərləməni azaltmağa yönəlib. Lakin tər ifrazını tamamilə dayandırmağa yönəlmiş tədbirlərin heç bir mənası yoxdur. Çünki qoltuqaltı nahiyədə dərinin həddindən artıq quru qalması sonradan əlavə problemlərə yol açır. Bəzi şəxslərdə tərləmə o dərəcədə şiddətli olur ki, hətta antiperspirantlar da kömək etmir. Məhz belə hallarda botoks proseduruna göstəriş var, qalan hallarda isə müdaxilə etmək düzgün deyil”, – deyə o bildirib.
#Botoks teqi istifadə olunub
- Botoksla bağlı şok açıqlama | "Qara yol"la gətirilən preparatlar bazara necə çıxarılır? - Baku TV
- “Mənşəyi məlum olmayan bu maddələr...” | Qurum vəziyyətlə bağlı həyəcan təbili çaldı
- Estetik müdaxilə etdirənlərə pis xəbər | Bu məkanlara buraxılmayacaqsınız!
- Botoks etdirmək istəyən bunları bilsin | Tərkibində elə bir şey var ki...
- Botoks edən və lazerə gedən kişilərin sayı artıb
