Pleyeri seçin:
“Klyok” geyinirlər, üstdən də qaloş...” | Palçığa çevrilən küçədə dəhşətli mənzərə - Baku TV
Binəqədi rayonunun İrəvanqala küçəsində yaşayan sakinlər uzun illərdir davam edən yol problemindən şikayətçidirlər.
Sözügedən ərazidə asfalt örtüyünün tamamilə dağılması səbəbindən küçə yağışlı havalarda keçilməz olur. Mövcud vəziyyət səbəbindən əraziyə nə taksi, nə də təcili tibbi yardım briqadaları daxil ola bilir.
Sakinlərdən biri narazılığını Baku TV ilə bölüşüb.
"Yolumuz çox bərbad vəziyyətdədir. Uşaqlar küçəyə çıxanda ayaqlarına sellofan və ya qaloş geyinirlər, yaxud ehtiyat ayaqqabı götürüb magistral yola çıxdıqdan sonra dəyişirlər. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, problem həllini tapmayıb", – o söyləyib.
Kopyalandı
