Yeni Ramanada şagirdlərin təhlükəli yolu | Səkisi olmayan yolda müxbirimizin çətin anları - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsində 90 nömrəli məktəbə gedən yol sakinlərin narazılığına səbəb olub.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, ərazidə nə normal yol, nə də piyada səkisi var. Bu isə xüsusilə məktəblilərin gediş-gəlişini çətinləşdirir və təhlükə yaradır.
Sakinlər bildirirlər ki, yolun hər iki tərəfində piyada hərəkəti üçün şərait olmadığından uşaqlar avtomobil yolundan istifadə etməli olurlar. Onların sözlərinə görə, ərazidə daha əvvəl piyadaların vurulması ilə nəticələnən hadisələr də baş verib.
Problemin digər tərəfi isə yolun vəziyyətidir. Ərazidə çoxsaylı çuxur və çalalar var. Sürücülər yolun bərbad vəziyyətdə olması səbəbindən avtomobillərinin tez-tez sıradan çıxdığını bildirirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Yeni Ramana yolu agentliyin balansındadır və təmir olunacaq yollar siyahısına daxildir.
Qeyd edilib ki, yaxın vaxtlarda burada asfalt örtüyünün yenilənməsi nəzərdə tutulur. İşlərin hava şəraiti yaxşılaşdıqdan sonra aparılması planlaşdırılır. Lakin ərazidə piyada səkisinin olmaması ilə bağlı məsələ hələ də açıq qalır.
#Yeni Ramana qəsəbəsi teqi istifadə olunub
- "Yollar bərbad, zibillər yığışdırılmır..." | Yeni Ramananın həllini gözləyən problemləri - Baku TV
- Yeni Ramana sakinlərini bezdirən yol | Problemlə bağlı qurumdan açıqlama - Baku TV
- Yeni Ramanada məktəbə gediş-gəliş niyə təhlükəyə çevrilib? - Baku TV CANLI
- Yeni Ramanada köhnə problem | Yarımçıq qalan iş yenidən narazılıq yaradıb - Baku TV
- “Bu cür havada yol keçilməzdir” - Yeni Ramanada köhnə problem: işlər niyə yarımçıq qaldı? - Baku TV
