Pleyeri seçin:

Psixoloq valideynlərin pulunu mənimsəyib? | Özəl bağçada dələduzluq iddiası - Baku TV

04 oktyabr 2026 172 baxış

Baku TV-nin qaynar xəttinə müraciət edən Həqiqət Tağızadə iddia edir ki, uşağının psixoloji dəstəyi üçün müraciət etdiyi şəxs sonradan onun etimadından sui-istifadə edərək pulunu mənimsəyib.

Şikayətçinin sözlərinə görə, həmin şəxs əvvəlcə onunla dostluq münasibəti qurub, daha sonra müxtəlif bəhanələrlə ondan pul istəyib və adına kredit götürməsini xahiş edib:

“Seanslardan sonra mənimlə yaxınlıq qurmağa, dostluq münasibəti yaratmağa başladı. Dedi ki, iş qurmaq istəyir və bunun üçün büdcəyə ehtiyacı var. Mən də dost bildiyim üçün kömək etdim. Sonra yenidən pul istədi. Hətta tanıdığı şəxsin vasitəsilə mənim adıma kreditə qızıl götürməyi təklif etdi. Qızılı götürdü və bütün məbləği qaytaracağını dedi”.

Həqiqət Tağızadə daha sonra kirayə ev məsələsində də aldadıldığını bildirir:

“Kirayə ev tapacağını dedi. Bunun üçün 250 manat verdim. Bir həftəyə açarı təqdim edəcəyini söylədi, amma nə açarı verdi, nə də pulu qaytardı. Təxminən 4 min manata qədər məndən pul aldı. İki il ərzində bu məbləği vermişəm. Onun 2500 manatını müxtəlif yollarla geri ala bilmişəm, 1500 manat isə qalıb. İndi həmin pulu qaytarmaq istəmir və borcunun olmadığını deyir”.

Şikayətçi həmin şəxsin digər valideynləri də aldatdığını iddia edir. Onun sözlərinə görə, həmin şəxs daha əvvəl işlədiyi uşaq bağçalarından birində valideynə qarşı dələduzluqda ittiham olunaraq işdən çıxarılıb. Daha sonra başqa bağçada da oxşar halın yaşandığını və həmin müəssisənin rəhbərliyinin bu barədə şikayət etdiyini bildirib.

Banner
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan konfrans - Baku TV

Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan konfrans - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 172 baxış
“Şəxsiyyətimə dair nəyisə ələ keçirsələr...” | Poverbankların bilmədiyimiz təhlükəsi - Baku TV

“Şəxsiyyətimə dair nəyisə ələ keçirsələr...” | Poverbankların bilmədiyimiz təhlükəsi - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 172 baxış
Əhalinin nəzərinə | Un məhsullarının qiyməti nə qədər arta bilər? - Baku TV

Əhalinin nəzərinə | Un məhsullarının qiyməti nə qədər arta bilər? - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 172 baxış
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” | Əlilliyi olan Fərid - ARZUNUN VAXTI

“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” | Əlilliyi olan Fərid - ARZUNUN VAXTI

Cəmiyyət
06 oktyabr 2026 172 baxış
Hökməli sakinləri evdən çıxmaqda çətinlik çəkir

Hökməli sakinləri evdən çıxmaqda çətinlik çəkir

Cəmiyyət
06 oktyabr 2026 172 baxış
“Klyok” geyinirlər, üstdən də qaloş...” | Palçığa çevrilən küçədə dəhşətli mənzərə - Baku TV

“Klyok” geyinirlər, üstdən də qaloş...” | Palçığa çevrilən küçədə dəhşətli mənzərə - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 172 baxış
Yeni Ramanada şagirdlərin təhlükəli yolu | Səkisi olmayan yolda müxbirimizin çətin anları - Baku TV

Yeni Ramanada şagirdlərin təhlükəli yolu | Səkisi olmayan yolda müxbirimizin çətin anları - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 172 baxış
Yeni Ramanada məktəbə gediş-gəliş niyə təhlükəyə çevrilib? - Baku TV CANLI

Yeni Ramanada məktəbə gediş-gəliş niyə təhlükəyə çevrilib? - Baku TV CANLI

Cəmiyyət
06 oktyabr 2026 172 baxış
Aşmaq üzrə olan ağac təhlükəli vəziyyət yaradıb

Aşmaq üzrə olan ağac təhlükəli vəziyyət yaradıb

Cəmiyyət
06 oktyabr 2026 172 baxış
"8 qəpiyə verəcəyik, 2 günə bağı qurtarıram" | Quba bağlarında məhsuldarlıq niyə azalıb? - Baku TV

"8 qəpiyə verəcəyik, 2 günə bağı qurtarıram" | Quba bağlarında məhsuldarlıq niyə azalıb? - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 172 baxış
Seçilmişlər
icon