Pleyeri seçin:

Biləcəri qəsəbəsinin bitməyən yol problemi | Sakinlərin narazılığı nə vaxt həll olunacaq? - Baku TV

07 sentyabr 2026 204 baxış

Binəqədi rayonu, Biləcəri qəsəbəsinin sakinləri yaşadıqları ərazidəki yolun bərbad vəziyyətdə olmasından şikayətçidirlər.

Sakinlər bildirirlər ki, küçənin asfalt örtüyü illərdir dağılıb və bərpası istiqamətində heç bir tədbir görülməyib. Nəticədə həm avtomobillərin hərəkətində ciddi çətinliklər yaranır, həm də təhsil müəssisələrinə gedən məktəblilər əziyyət çəkirlər.

Sakinlərdən biri problemlə bağlı narazılığını belə ifadə edib:

"Bu yolla piyada gəzmək belə mümkünsüzdür. Avtomobillərimiz sıradan çıxır. Əraziyə baxan, problemlə maraqlanan yoxdur".

Digər bir sakin isə vurğulayıb:

"Nə gediş var, nə də gəliş. Dərslərin başlamasına bir həftə qalıb, amma vəziyyət bərbaddır. Bu yolda hərəkət edən maşınların ehtiyat hissələri tez-tez sıradan çıxır".

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvan təmirə ehtiyacı olan yolların siyahısına daxil edilib:

"Həmin ərazinin asfalt örtüyünün yenidən qurulması və bərpası ilə bağlı aidiyyəti quruma müraciət olunub. Prosesin icrası mərhələli şəkildə həyata keçiriləcək".

Banner
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan konfrans - Baku TV

Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan konfrans - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 204 baxış
“Şəxsiyyətimə dair nəyisə ələ keçirsələr...” | Poverbankların bilmədiyimiz təhlükəsi - Baku TV

“Şəxsiyyətimə dair nəyisə ələ keçirsələr...” | Poverbankların bilmədiyimiz təhlükəsi - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 204 baxış
Əhalinin nəzərinə | Un məhsullarının qiyməti nə qədər arta bilər? - Baku TV

Əhalinin nəzərinə | Un məhsullarının qiyməti nə qədər arta bilər? - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 204 baxış
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” | Əlilliyi olan Fərid - ARZUNUN VAXTI

“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” | Əlilliyi olan Fərid - ARZUNUN VAXTI

Cəmiyyət
06 oktyabr 2026 204 baxış
Hökməli sakinləri evdən çıxmaqda çətinlik çəkir

Hökməli sakinləri evdən çıxmaqda çətinlik çəkir

Cəmiyyət
06 oktyabr 2026 204 baxış
“Klyok” geyinirlər, üstdən də qaloş...” | Palçığa çevrilən küçədə dəhşətli mənzərə - Baku TV

“Klyok” geyinirlər, üstdən də qaloş...” | Palçığa çevrilən küçədə dəhşətli mənzərə - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 204 baxış
Yeni Ramanada şagirdlərin təhlükəli yolu | Səkisi olmayan yolda müxbirimizin çətin anları - Baku TV

Yeni Ramanada şagirdlərin təhlükəli yolu | Səkisi olmayan yolda müxbirimizin çətin anları - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 204 baxış
Yeni Ramanada məktəbə gediş-gəliş niyə təhlükəyə çevrilib? - Baku TV CANLI

Yeni Ramanada məktəbə gediş-gəliş niyə təhlükəyə çevrilib? - Baku TV CANLI

Cəmiyyət
06 oktyabr 2026 204 baxış
Aşmaq üzrə olan ağac təhlükəli vəziyyət yaradıb

Aşmaq üzrə olan ağac təhlükəli vəziyyət yaradıb

Cəmiyyət
06 oktyabr 2026 204 baxış
"8 qəpiyə verəcəyik, 2 günə bağı qurtarıram" | Quba bağlarında məhsuldarlıq niyə azalıb? - Baku TV

"8 qəpiyə verəcəyik, 2 günə bağı qurtarıram" | Quba bağlarında məhsuldarlıq niyə azalıb? - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 204 baxış
Seçilmişlər
icon