Pleyeri seçin:
Binəqədidəki partlayışda ölən şəxslə bağlı açıqlama
Bakıda mebel sexində baş vermiş partlayışda həlak olanlardan biri Gürcüstan vətəndaşıdır.
Faktı Gürcüstan Xarici İşlər Nazirliyi də təsdiqləyib. Qeyd olunub ki, nazirlik mərhumun yaxınları ilə əlaqədədir. Hələ ki, ölən şəxsin adı açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl Gürcüstanın “Mtavari Arxi” telekanalı həlak olanlardan birinin Bolnisinin Naxiduri (Arıxlı) kəndindən olan 35 yaşlı Gürcüstan vətəndaşı Sərrac Yusubov olması barədə məlumat yaymışdı. Xatırladaq ki, yanvarın 15-də Bakının Binəqədi rayonundakı sexdə baş verən partlayışda 9 nəfər ölüb, 24 nəfər xəsarət alıb..
Kopyalandı
#Mebel sexi teqi istifadə olunub
- Binəqədidə yanğın baş verən ərazidən son görüntülər - Baku TV
- Külək yanğının söndürülməsinə mane olur | FHN hadisə yerində - Baku TV
- Binəqədidə yanğın hadisəsi | Baku TV hadisə yerində - Baku TV
- Binəqədi rayonu, ərazisində mebel sexində yanğın baş verib - Baku TV
- Mebel sexində yanğın | Baku TV hadisə yerində - Baku TV CANLI
