Pleyeri seçin:

“Bir ayağı tamam yox idi...” | Əsir və girov götürülmüş şəxslər yaşadıqları dəhşəti danışdı

18 iyul 2025 325 baxış

Çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 17-də davam etdirilib.

Zərərçəkmiş şəxs Ələddin Əkbərov 1990-cı ildə düşmən tərəfindən girov götürüldüyünü deyib. Girovluqda saxlanıldığı 2 ay müddətində betonun üstündə yatdığını bildirib.

O bildirib ki, girovluqda dişləri qırılıb, başı yarılıb, ona digər xəsarətlər də yetirilib. Girovluqda olduğu müddətdə çəkisi 87 kiloqramdan 45 kiloqrama düşüb.

Zərərçəkmiş şəxs Firəngül Kərimova ifadəsində Xocalıdan məcburi köçkün düşdüyünü, soyqırımının şahidlərindən olduğunu bildirib. Soyqırımı zamanı onun 4 doğması qətlə yetirilib.

“Mart ayının 20-də atamın, nənəmin və babamın meyitləri eyni yerdə tapıldı. Atam leytenant Firuz Kərimov çox dəhşətli işgəncələrlə qətlə yetirilmişdi. Hətta alnının dərisi soyulmuş vəziyyətdə idi. Nənəmin bir ayağı, bud hissəsindən aşağısı tamam yox idi”, ‒ deyə o əlavə edib.

Rəsul Cəfərov 1993-cü il yanvarın 4-də əsgər yoldaşı Afiq Qasımovla birlikdə əsir götürüldüyünü bildirib. Əsirlik müddətində ona və digər azərbaycanlılara işgəncələr verilib. Üzərlərinə qaynar su tökülüb, bədəni bıçaqla kəsilib.

“İndi mənim bədənimdə salamat yer yoxdur”, ‒ deyə o bildirib.

Zərərçəkənlər həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Qanundan qaçmaq üçün dona girən Emin Hüseynov barədə ironik detallar - Baku TV

Qanundan qaçmaq üçün dona girən Emin Hüseynov barədə ironik detallar - Baku TV

Cəmiyyət
17 fevral 2026 325 baxış
“10 il əvvəl düşünə bilməzdik, həyəcanlıyıq” | Yurd həsrəti bitən ağdamlılar danışdı - Baku TV

“10 il əvvəl düşünə bilməzdik, həyəcanlıyıq” | Yurd həsrəti bitən ağdamlılar danışdı - Baku TV

Cəmiyyət
17 fevral 2026 325 baxış
43 yaşlı qadın əməliyyatdan sonra ölüb? | Restoran toy yeməklərini gizlədir? - YENİ BİR SƏHƏR

43 yaşlı qadın əməliyyatdan sonra ölüb? | Restoran toy yeməklərini gizlədir? - YENİ BİR SƏHƏR

Cəmiyyət
17 fevral 2026 325 baxış
Qaradağlı qətliamından 34 il ötür | Azərbaycan tarixi ədaləti bərpa etdi – Baku TV

Qaradağlı qətliamından 34 il ötür | Azərbaycan tarixi ədaləti bərpa etdi – Baku TV

Cəmiyyət
17 fevral 2026 325 baxış
Dağlıq ərazilərdə qar uçqunu olması ehtimalı var | FHN-dən əhaliyə müraciət - Baku TV

Dağlıq ərazilərdə qar uçqunu olması ehtimalı var | FHN-dən əhaliyə müraciət - Baku TV

Cəmiyyət
17 fevral 2026 325 baxış
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sürücülərə şad xəbər - Baku TV

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sürücülərə şad xəbər - Baku TV

Cəmiyyət
17 fevral 2026 325 baxış
Ağdam şəhər 1 nömrəli tam orta məktəbin açılışı olub - Baku TV

Ağdam şəhər 1 nömrəli tam orta məktəbin açılışı olub - Baku TV

Cəmiyyət
17 fevral 2026 325 baxış
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva mərasimdə iştirak edib - Baku TV

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva mərasimdə iştirak edib - Baku TV

Cəmiyyət
17 fevral 2026 325 baxış
Ehsan vermək yerinə görün nə etdilər - "Camaat əziyyət çəkirdi, biz də razılaşdıq ki..." - Baku TV

Ehsan vermək yerinə görün nə etdilər - "Camaat əziyyət çəkirdi, biz də razılaşdıq ki..." - Baku TV

Cəmiyyət
16 fevral 2026 325 baxış
"Pulunu versəm də, mənzilə daxil ola bilmirəm" | İpoteka ilə aldığı mənzil başına bəla oldu

"Pulunu versəm də, mənzilə daxil ola bilmirəm" | İpoteka ilə aldığı mənzil başına bəla oldu

Cəmiyyət
16 fevral 2026 325 baxış
Seçilmişlər
icon