Bu il Xocavəndin Kiş kəndinə 110 ailənin köçürülməsi planlaşdırılır - Baku TV
İşğaldan azad olunmuş ərazilərdə əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində zəruri infrastrukturun, o cümlədən qaz şəbəkəsinin qurulması və genişləndirilməsi davam etdirilir.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xocavənd rayonunun yaşayış üçün hazırlanan kəndlərində qazlaşdırma işləri mərhələli şəkildə həyata keçirilir. Bu çərçivədə Kiş və Güneyçartar kəndlərində qaz xətlərinin çəkilişi üzrə işlər davam etdirilir.
Kiş kəndində ümumilikdə 16 756 metr müxtəlif diametrli polietilen borular vasitəsilə qaz xəttinin çəkilməsi nəzərdə tutulur. Artıq 7018 metr xətt çəkilib. Kəndə cari ildə 110 ailənin köçürülməsi planlaşdırılır.
Qazlaşdırma işlərinin başa çatdırılması ilə hər iki kənddə yaşayış üçün yaradılan şəraitin daha da yaxşılaşdırılması və sakinlərin dayanıqlı təbii qazla təmin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2026-cı il ərzində işğaldan azad olunmuş ərazilərdə 53 yaşayış məntəqəsində qazlaşdırma işləri həyata keçirilir. Hazırda ümumilikdə 263,5 kilometr qaz xətti çəkilib.
#Xocavənd teqi istifadə olunub
- "Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV
- 40 ailə doğma yurduna qayıtdı | Xocavənddə xoş anlar - Baku TV CANLI
- Hadrutun düşmən işğalından azad olunmasından 6 il ötür - Baku TV
- Beynəlxalq səyahətçilərin Xocavənd səfərində hansı məqamlar diqqət çəkib? - Baku TV
- “Burada neandertal insanlar yaşayıb” - GÖR NƏLƏRİ QAYTARMIŞIQ!
