Bu mesajlara qəti inanmayın | Xəbərdarlıq
“WhatsApp”da anonim xəbərdarlıqlar yayılır.
İnsanlar bu mesajların mənşəyini bilməsələr də, bir-birinə göndərirlər. Çox vaxt qrup yazışmalarına qədər gəlib çıxan bu cür mesajlar əhali arasında təşvişə səbəb olur.
Bəs insanlar əsası olmayan xəbərlərə, el arasında deyildiyi kimi “niquş”lara niyə tez inanırlar?
Psixoloq Əfsanə Rüstəmova bildirib ki, insanlar rəsmi nümayəndələrlə müqayisədə öz aralarından olan şəxslərə daha çox güvənirlər:
“Rəsmi qurumlar məsələ ilə bağlı araşdırma edib, dəqiq rəy verənə qədər həmin müddətdə insanlar cavablar axtarmağa başlayırlar. Boşluq saatları “niquşlar”ın saatı olur. Onlar çox rahat şəkildə insanları nəyəsə inandıra bilirlər”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən qeyd edilib ki, əsasən sosial şəbəkə üzərindən paylaşılaraq ictimaiyyətin narahatlığına səbəb olan, vətəndaşlar arasında çaşqınlıq yaradan məlumatlar DİN tərəfindən nəzarətə götürülməklə araşdırılır:
“Araşdırmalarla bir çox hallarda bu məlumatların saxta olması müəyyən edilir. Dezinformasiya xarakterli məlumatları yayan şəxslər barədə qanunvericiliyə uyğun olaraq tədbirlər görülür”.
#Sosial şəbəkələr teqi istifadə olunub
- "Silə bilmirlər, indi də..." | Kreditdən qurtulmaq istəyənlərin başına necə oyun açırlar? - Baku TV
- 129 min izləyicisi olan səhifə müştərilərinin başına oyun açdı? - Baku TV
- “Cərimələr müəyyənləşib” | Sosial şəbəkə qadağaları uşaqları təhlükədən qoruya biləcək? - Baku TV
- Uşaqların müdafiəsi üçün ciddi qaydalar tətbiq olunur - Baku TV
- Hoteldə narkotiklə "imtahana hazırlaşan" həkim | Bakı artıq belə dələduzların göz yaşlarına inanmır
