Pleyeri seçin:

Bulvarda yeni xidmət | Müasir üslubda “keçmişə səyahət” etmək istəyirsinizsə... - Baku TV

29 iyun 2026 335 baxış

Dənizkənarı Milli Parkda ziyarətçilərə fərqli istirahət və gəzinti imkanı təqdim edən yeni layihəyə start verilib.

Bakı şəhərinin fayton ənənələrindən ilhamlanan tarixi görünüşlü nəqliyyat vasitələri artıq müasir, elektrik mühərriki ilə fəaliyyət göstərir. Retro dizaynı müasir texnologiya ilə birləşdirən ekoloji cəhətdən təmiz və səssiz faytonlar paytaxt sakinləri və qonaqları üçün yeni gəzinti təcrübəsi təqdim edir.

Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyevanın Baku TV-yə verdiyi məlumata görə, faytonlar Bakı bulvarının tarixi marşrutu üzrə hərəkət edəcək:

“Təxminən 35 dəqiqə davam edən gəzinti “Azneft dairəsi” yaxınlığından başlayaraq yenidən həmin nöqtədə başa çatacaq. Səfər zamanı Dənizkənarı Bulvar İdarəsinin peşəkar bələdçiləri ziyarətçilərə bulvarın tarixi, irsi və görməli məkanları barədə məlumat verəcəklər. Marşrut çərçivəsində Qız qalası yaxınlığında qısa fasilə də nəzərdə tutulub. Layihənin maraqlı yeniliklərindən biri isə odur ki, gəzinti iştirakçılarının şəkilləri çəkilərək retro üslubda hazırlanmış qəzet formatında onlara hədiyyə ediləcək”.

Qeyd edək ki, hər bir faytonun tutumu altı nəfərdir və burada dörd böyük, iki uşaq üçün yer nəzərdə tutulub.

Banner
“Ay qonşular, heç nəyimi vermir!” | Kirayə qaldığı evə əşyalar aldı, ev sahibi ilə münaqişə yaşadı

“Ay qonşular, heç nəyimi vermir!” | Kirayə qaldığı evə əşyalar aldı, ev sahibi ilə münaqişə yaşadı

Cəmiyyət
23 oktyabr 2026 335 baxış
Araşdırma emal olunmuş ətin bağırsaq xərçəngi riskini artıra biləcəyini üzə çıxarıb

Araşdırma emal olunmuş ətin bağırsaq xərçəngi riskini artıra biləcəyini üzə çıxarıb

Cəmiyyət
23 oktyabr 2026 335 baxış
Xırdalanda antisanitar vəziyyətlə bağlı qurum nə açıqlama verdi? - Baku TV

Xırdalanda antisanitar vəziyyətlə bağlı qurum nə açıqlama verdi? - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 335 baxış
Sumqayıt teatrında “Sürgün sevgi” tamaşasının premyerası keçirildi - Baku TV

Sumqayıt teatrında “Sürgün sevgi” tamaşasının premyerası keçirildi - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 335 baxış
Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV

Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 335 baxış
Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV

Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 335 baxış
"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

Cəmiyyət
22 oktyabr 2026 335 baxış
Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 335 baxış
2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 335 baxış
Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 335 baxış
Seçilmişlər
icon