Pleyeri seçin:

Çay daşından hansı yeməyi hazırlamaq olar? - KƏNDİNƏ QAYIT

04 sentyabr 2024 639 baxış

“Kəndinə qayıt” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında Qəbələ rayonunun Laza kəndinə səyahət edilib.

Rəvayətə görə, əhalinin əcdadları bura Qusar rayonunun Laza kəndindən köçüblər. Vaxtilə Qusarın Laza kəndindən Aran rayonlarına qışlaqlara köç edənlər tədricən burada daimi məskunlaşıblar.

Laza kəndi rayon mərkəzindən 8 kilometr aralıda yerləşir. Buraya piyada getmək üçün məsafə uzun olduğuna görə aparıcı Kəmalə Bədəlova atdan istifadə edib.

Aparıcı kəndin ən çox tanınan çay evində olub, məkanın sahibi olan nənə ilə söhbət edib.

Nənənin sözlərinə görə, kənddə ilk çayxananı o tikib:

“Buranı 65 yaşımda olanda əziyyətimlə tikmişəm. İstifadəyə veriləndən sonra çayxanaya tez-tez məşhur simalar qonaq gəliblər”.

Elə həmin gün çayxanaya gələn qonaqlardan biri də tanınmış fitnes məşqçisi Kamil Zeynallı olub.

Söhbət zamanı o, buranı çox sevdiyini söyləyib:

“Qəbələdə yaşamaq istəyirəm, atmosferini, təbiətini çox sevirəm. Neçə ildir arzum idi ki, burada evim olsun”.

Arıçı, bloger və bələdçi Xanəhmədlə birlikdə aparıcı Laza (Zəyli) şəlaləsində olub. Sözügedən şəlalə Qəbələnin Laza kəndində, Şahdağ Milli Parkının 5 kilometr dərinliyində yerləşir. Şəlalənin hündürlüyü 25 metrdir. Kəmalə Bədəlova və bələdçi burada çaydaşında daşüstü kababı hazırlayıblar.

Vətəndaş niyə obyektini və evini təmir edə bilmir? - Baku TV

Vətəndaş niyə obyektini və evini təmir edə bilmir? - Baku TV

Cəmiyyət
07 iyun 2026 639 baxış
Proseslər artıq Azərbaycanda da başlayıb

Proseslər artıq Azərbaycanda da başlayıb

Cəmiyyət
07 iyun 2026 639 baxış
Azyaşlının əlillik müavinəti niyə kəsilib? | Çətin vəziyyətdə qalan ailənin fəryadı - Baku TV

Azyaşlının əlillik müavinəti niyə kəsilib? | Çətin vəziyyətdə qalan ailənin fəryadı - Baku TV

Cəmiyyət
07 iyun 2026 639 baxış
"Proqramı 2 həftəyə hazırladım" | 8-ci sinif şagirdi mesajlaşma platformasını yaradıb - Baku TV

"Proqramı 2 həftəyə hazırladım" | 8-ci sinif şagirdi mesajlaşma platformasını yaradıb - Baku TV

Cəmiyyət
07 iyun 2026 639 baxış
Mütəxəssislərdən istifadə qaydası barədə tövsiyələr

Mütəxəssislərdən istifadə qaydası barədə tövsiyələr

Cəmiyyət
07 iyun 2026 639 baxış
Hamburqdan mühüm xəbər | Azərbaycanlı mühəndislər Almaniyada toplandı - Baku TV

Hamburqdan mühüm xəbər | Azərbaycanlı mühəndislər Almaniyada toplandı - Baku TV

Cəmiyyət
07 iyun 2026 639 baxış
Quba rayonunun ucqar yaşayış məntəqələrinə dolu yağıb

Quba rayonunun ucqar yaşayış məntəqələrinə dolu yağıb

Cəmiyyət
07 iyun 2026 639 baxış
Tədbirdə marketinqin gələcəyində süni intellektin rolu müzakirə edilib - Baku TV

Tədbirdə marketinqin gələcəyində süni intellektin rolu müzakirə edilib - Baku TV

Cəmiyyət
07 iyun 2026 639 baxış
"Saçım əlimdə qaldı, tüklərim biz-biz oldu" | 17 yaşında xərçəng xəstəsi olan Səfərin təsirli həyatı

"Saçım əlimdə qaldı, tüklərim biz-biz oldu" | 17 yaşında xərçəng xəstəsi olan Səfərin təsirli həyatı

Cəmiyyət
06 iyun 2026 639 baxış
Bakının ən qədim kəndlərindən biri olan Kürdəxanıdan xüsusi reportaj - Baku TV

Bakının ən qədim kəndlərindən biri olan Kürdəxanıdan xüsusi reportaj - Baku TV

Cəmiyyət
06 iyun 2026 639 baxış
Seçilmişlər
icon