Pleyeri seçin:

Azyaşlının əlillik müavinəti niyə kəsilib? | Çətin vəziyyətdə qalan ailənin fəryadı - Baku TV

07 iyun 2026 484 baxış

Əslən Ağdamdan olan, hazırda Göygöl rayonunda məskunlaşan Həsənovlar ailəsi Baku TV-nin qaynar xəttinə müraciət edib.

Ailə anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkən 4 yaşlı övladlarının əlillik müavinətinin dayandırılmasından şikayətçidir.

Ailə başçısı Nicat Həsənovun da səhhətində müəyyən problemlər var. Maddi çətinliklərlə üzləşən ailə aidiyyəti qurumlardan kömək istəyir.

Azyaşlının anası Cəmilə Həsənova bildirib ki, övladı hər il narkoz altında müalicə alır və bu prosesdən sonra vəziyyəti daha da ağırlaşır:

“Uşağa üçüncü qrup əlillik təyin edirlər, amma hər il müavinəti dayandırırlar. İstəyirik ki, əlillik dərəcəsi düzgün müəyyənləşdirilsin və hər il yenidən dayandırılmasın. Yoldaşımın da işi yoxdur, özü də üçüncü qrup əlildir. Çətin vəziyyətdə yaşayırıq. Sənədləri təqdim etmişik, amma hələ də bizə heç bir cavab verilməyib”.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Həsənov Rüstəm Nicat oğlunun mövcud xəstəliyinə dair ekspertiza üçün əhəmiyyətli göstəricilər Nazirlər Kabinetinin təsdiq etdiyi əlilliyin müəyyən olunması meyarlarına uyğun gəlmədiyi üçün vətəndaş adına göndəriş sənədinin (Forma 88) rəsmiləşdirilməsi mümkün olmayıb.

Banner
“Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV

“Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 484 baxış
Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Cəmiyyət
04 noyabr 2026 484 baxış
Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Cəmiyyət
04 noyabr 2026 484 baxış
Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 484 baxış
Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Cəmiyyət
03 noyabr 2026 484 baxış
"Burada ən yaxşı təsərrüfat..." | Xocalıda təsərrüfatlara mediatur | "2 baş cins heyvan verdilər"

"Burada ən yaxşı təsərrüfat..." | Xocalıda təsərrüfatlara mediatur | "2 baş cins heyvan verdilər"

Cəmiyyət
03 noyabr 2026 484 baxış
Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Cəmiyyət
03 noyabr 2026 484 baxış
“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

Cəmiyyət
03 noyabr 2026 484 baxış
Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 484 baxış
Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Cəmiyyət
03 noyabr 2026 484 baxış
Seçilmişlər
icon