Pleyeri seçin:

"Mənzil sökülüb, bizə kompensasiya verməyiblər" | Vətəndaşın şikayətinə qurumdan açıqlama - Baku TV

06 iyun 2026 436 baxış

Paytaxt sakini kompensasiya ala bilmədiyini iddia edir.

Baku TV-nin qaynar xəttinə müraciət edən Tahirə Fərəcovanın sözlərinə görə, qardaşı Tahir Süleymanova məxsus mənzil 2024-cü ilin iyul ayında sökülüb.

Şikayətçi bildirir ki, Xətai rayonu, Kamandar Əhmədov küçəsi, 2 ünvanında yerləşən mənzillər onlara vaxtilə ailə tərkibinin geniş olması səbəbindən İcra Hakimiyyəti tərəfindən verilib:

"Biz uzun illərdir bu küçədə yaşayırıq. Vaxtilə Füzuli rayonundan qaçqın düşmüş bir ailəni müvəqqəti olaraq həmin mənzillərdən birində məskunlaşdırmışdıq. İndi ərazi sökülüb, lakin mənzilin sənədləri bizim adımıza olduğu halda kompensasiya bizə ödənilmir. Qardaşım xəstə olduğu üçün mənə rəsmi etibarnamə verib. Lakin Xətai Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etməyimizə baxmayaraq, ərizələrimizi qəbul etmir və bizi məhkəməyə yönləndirirlər".

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, 2024-cü ildə şəhər ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Yusif Səfərov, Kamandar Əhmədov və Həmid Abbasbəyli küçələrində söküntü işləri qanunvericiliyə uyğun həyata keçirilib və kompensasiyalar ödənilib:

"49 saylı mənzilin də kompensasiyası mövcud sənədlərə və qanunvericiliyə uyğun olaraq həmin mənzildə faktiki yaşayan vətəndaşlara ödənilib".

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 436 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 436 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 436 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 436 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 436 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 436 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 436 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 436 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 436 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 436 baxış
Seçilmişlər
icon