Çindən ölkəmizə gətirilən tabutlar böyük sual doğurdu - Baku TV
2025-ci ilin yanvar-oktyabr aylarında Çindən Azərbaycana 8 min ədəd tabut idxal edilib.
Rəsmi statistikaya görə, bu məhsulların ümumi dəyəri cəmi 1 250 dollar təşkil edib ki, bu da cəmiyyətdə müəyyən suallar doğurub.
Belə ki, bir tabutun idxal qiyməti 1 dollardan da aşağı olub. Bu qədər tabutun ölkəyə gətirilməsinin iqtisadi və sosial əsasları maraq doğurur.
İqtisadçı Xalid Kərimli bildirir ki, Azərbaycanın idxal strukturunda Çin, Türkiyə və Rusiya ilk üçlükdə yer alır və ümumi idxalın təqribən 50-55 faizi məhz bu ölkələrin payına düşür.
Onun sözlərinə görə, tabut məhsullarının idxalı sahibkarlar tərəfindən həyata keçirilir və idxal qərarı verilərkən əsas meyar məhsulun ən əlverişli qiymətlə əldə olunmasıdır:
“İdxalçılar həm yerli istehsal, həm də müxtəlif ölkələrdən idxal variantlarını müqayisə edirlər. Hansı bazarda qiymət daha sərfəlidirsə, yaxud yerli istehsal daha məqsədəuyğundursa, seçim də həmin istiqamətdə edilir. Bu baxımdan tabutların Çindən idxalı da sırf iqtisadi səmərəlilik prinsipi ilə izah olunur”.
#Çin teqi istifadə olunub
- Çin və Rusiya faktoru fonunda Hərbiləşən Türk birliyi realdırmı? | ANALİTİK BAXIŞ
- Karlson Çinin Tayvanı işğal etmək niyyətini legitim sayır?
- Çindən 8 min tabutun gətirilməsi barədə xəbərə rəsmi reaksiya
- Ötən il buranı 90 milyon turist ziyarət edib
- “Əvvəllər biz bunu müşahidə etmirdik, indi isə...” | İlham Əliyev - Baku TV
