Pleyeri seçin:
“Bəzən adlarını unuduruq” | 8 nəvəsi olan nənə-babanın yeni övlad sevinci - Baku TV
Lənkəran rayonunun Sinovli kənd sakinləri olan 45 yaşlı Samirə Mehrəliyeva və 46 yaşlı Niyazi Həbibov 26 ildir ki, ailə həyatı qurub.
Böyük övladlarının 25 yaşı var. Sonuncu – 10-cu övladları isə əlamətdar bir gündə, yəni yeni təqvim ilində saat 00:02-də dünyaya gəlib.
Valideynlər deyirlər ki, sonuncu övlad ailəyə ikiqat sevinc yaşadıb.
“Mən öz uşaqlarımla fəxr edirəm. Allah mənə 10 dənə uşaq verib. Çox övladı olmaq pis şey deyil. Geyimləri, tərbiyələri – hamısı yaxşıdır. İmkanım olsa, yenə də gətirərəm. 8 nəvəm var, bəzən adlarını unuduram”, – deyə S.Mehrəliyeva söyləyib.
Qeyd edək ki, 7 qız, 3 oğlan uşağı olan ailənin 5 qız övladı artıq ailə həyatı qurub.
Kopyalandı
#Lənkəran teqi istifadə olunub
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Qızımı izləyib, blokda vurub, oğlunu da...” | Qandonduran hadisə | “Uşağı 3-4 yerdən...” - Baku TV
- Lənkəranda dəhşətə gətirən hadisə | Gənc ana və oğlu bıçaqlandı - Baku TV CANLI
- “Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV
