Pleyeri seçin:

Sosial mənzil mexanizmləri necə işləyir? | Yeni imkanlar açıqlandı - Baku TV

11 yanvar 2026 587 baxış

Ev sahibi olmaq illərlə əlçatmaz arzu kimi görünürdü. Amma bu gün Azərbaycanda dövlətin yaratdığı mexanizmlər sayəsində minlərlə ailə bu arzunu reallığa çevirir.

İpoteka kreditləri, sosial mənzillər və kirayədən mülkiyyətə keçid modelləri Azərbaycan dövlətinin mənzil siyasətinin əsas dayaqlarıdır. Bu mexanizmlər fərqli sosial qruplara hesablanıb. Kimisi artıq oturuşmuş stabil gəliri olanlar, kimisi isə hələ yolun əvvəlində olan gənc ailələr üçün nəzərdə tutulub. Əsas məqsəd isə birdir: mənzil sahibi olmağı mümkün qədər əlçatan etmək.

Bu gün ölkəmizdə ipoteka krediti banklar üzərindən verilir və iki əsas kateqoriyaya bölünür: adi və güzəştli. Xüsusilə sosial statusu olan vətəndaşlar üçün nəzərdə tutulan 4 faizli ipoteka ən çox maraq doğuran mexanizmdir.

Şəhid ailələri, jurnalistlər, müəllimlər, məcburi köçkünlər, gənc alimlər və daha bir çox insan bu güzəştdən yararlana bilir. İstənilən üsulda isə müəyyən bir prosesdən keçmək və bir qədər səbirli olmaq lazımdır. Çünki mərhələli şəkildə sənədlər yığılmalı və əlaqəli qurum və ya banka təhvil verilməlidir.

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən mənzillər bazar qiymətindən aşağı təklif olunur. Seçim onlayn olaraq aparılır və proses tam şəffafdır. Bu mexanizmdə vətəndaş əvvəl ona hesablanan qiymətin 1 illik həcmini ödəyərək mənzildə kirayəçi kimi yaşamağa başlayır. Aylıq ödənişlər tədricən mülkiyyət payına çevrilir və müddət bitdikdən sonra mənzil tam sahibinə keçir.

Bütün hallarda bu fürsətlərdən faydalanmaq üçün vətəndaşın rəsmi gəliri olmalıdır. Gözləmə müddəti ola bilər, çünki proses mərhələli şəkildə aparılır. Elə bu səbəbdən də hər mərhələnin seçimləri də məhduddur. Amma bazar qiymətləri ilə müqayisədə bu modellər ən real alternativlərdir.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 587 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 587 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 587 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 587 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 587 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 587 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 587 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 587 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 587 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 587 baxış
Seçilmişlər
icon