Pleyeri seçin:

“Çox gözlədim, dedilər ki, qaytarılıb, amma...” - Karqo şirkəti bağlamanı təhvil vermir - Baku TV

12 fevral 2026 584 baxış

Son zamanlar onlayn alış-veriş platformalarından istifadənin sayı artıb. Bunun fonunda karqo şirkətləri ilə bağlı problemlər də qabarıb.

Bir çoxları sosial şəbəkələrdə məhsulların gec və ya defektli vəziyyətdə gəlməsindən şikayətlənirlər. Hətta elə karqo şirkətləri var ki, sifariş olunan və geri qaytarılan malları mənimsəməkdə ittiham olunur.

İddialara görə, bu cür hallara daha çox “Temu”dan sifariş olunan malların çatdırılmasında rast gəlinir.

Şikayətçi Tofiqə Qurbanova da bununla bağlı başına gələnləri Baku TV-yə danışıb.

Tofiqə Qurbanova “Temu”dan məhsul sifariş verib. Daha sonra məhsulun çatdırılması gecikdiyi üçün sifarişi ləğv etmək məqsədilə platformaya müraciət edib. Vətəndaşa ödəniş məbləği qaytarılıb və ona məhsulun geri göndərilməsinə ehtiyac olmadığı bildirilib.

Bundan sonra o, bağlamanı təhvil almaq məqsədilə “166 Cargo” şirkəti ilə əlaqə yaradıb. Onlar sifarişi götürmək üçün vətəndaşı “Kargolux”a yönləndiriblər. Şirkət əməkdaşları isə bağlamanın gömrük orqanına təhvil verildiyini deyiblər.

Mövcud vəziyyətlə bağlı adıçəkilən karqo şirkətindən verilən məlumata görə, onlara bildirilib ki, həmin məhsul gömrükə təhvil verilməlidir.

Dövlət Gömrük Xidmətindən isə qeyd edilib ki, bağlama gömrük nəzarətindən keçib və daşıyıcı şirkətə təhvil verilib. Daha sonra gömrük tərəfinə qaytarılması tələb olunmayıb.

Şikayətçi isə əlaqə saxlayaraq bağlamasının ona təhvil verildiyini bildirib.

"Hər evdən 1000 manat tələb olunur" | Bu küçədə yaşayanların problemi bitmək bilmir - Baku TV

"Hər evdən 1000 manat tələb olunur" | Bu küçədə yaşayanların problemi bitmək bilmir - Baku TV

Cəmiyyət
04 avqust 2026 584 baxış
Səhv müdaxilə futbol karyerasını bitirdi, sevgilisi atıb getdi | "Dedi, daha lazım deyilsən"

Səhv müdaxilə futbol karyerasını bitirdi, sevgilisi atıb getdi | "Dedi, daha lazım deyilsən"

Cəmiyyət
04 avqust 2026 584 baxış
Hüseyn Həsənov hansı ittihamlar üzrə cəzalandırıldı? - Baku TV

Hüseyn Həsənov hansı ittihamlar üzrə cəzalandırıldı? - Baku TV

Cəmiyyət
04 avqust 2026 584 baxış
Bakıda heç kimin getmək istəməyəcəyi ərazi | Problemlər niyə həll edilmir? - Baku TV

Bakıda heç kimin getmək istəməyəcəyi ərazi | Problemlər niyə həll edilmir? - Baku TV

Cəmiyyət
04 avqust 2026 584 baxış
"28 May"dan bu istiqamətə gedə bilməyəcəksiniz | Metroda hansı dəyişikliklər olacaq? - Baku TV

"28 May"dan bu istiqamətə gedə bilməyəcəksiniz | Metroda hansı dəyişikliklər olacaq? - Baku TV

Cəmiyyət
04 avqust 2026 584 baxış
“28 May” - “Nizami” xətti bağlanır: Hansı marşrutlardan istifadə mümkün olacaq? - Baku TV CANLI

“28 May” - “Nizami” xətti bağlanır: Hansı marşrutlardan istifadə mümkün olacaq? - Baku TV CANLI

Cəmiyyət
04 avqust 2026 584 baxış
Azərbaycanda avtonom nəqliyyat dövrü | Sürücüsüz avtomobillərə etibar etmək olar? - Baku TV

Azərbaycanda avtonom nəqliyyat dövrü | Sürücüsüz avtomobillərə etibar etmək olar? - Baku TV

Cəmiyyət
04 avqust 2026 584 baxış
“Övladlarımız hər an təhlükədədir” | Sakinlər təşvişdə | “Yaxşı ki, heç kəsin başına...” - Baku TV

“Övladlarımız hər an təhlükədədir” | Sakinlər təşvişdə | “Yaxşı ki, heç kəsin başına...” - Baku TV

Cəmiyyət
04 avqust 2026 584 baxış
"Xəstələrin artmasının səbəbi..." | Diabet niyə qadınlar arasında daha çox yayılır? - Baku TV

"Xəstələrin artmasının səbəbi..." | Diabet niyə qadınlar arasında daha çox yayılır? - Baku TV

Cəmiyyət
04 avqust 2026 584 baxış
“İfşa edilib ki...” | İstifadə müddəti bitmiş məhsulların aqibəti necə olur? - Baku TV

“İfşa edilib ki...” | İstifadə müddəti bitmiş məhsulların aqibəti necə olur? - Baku TV

Cəmiyyət
04 avqust 2026 584 baxış
Seçilmişlər
icon