Pleyeri seçin:
Daha 200 sakin Cəbrayıl şəhərinə qayıdır | Böyük Qayıdış davam edir
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Qaradağ rayonundan yola düşüb. Bu mərhələdə Cəbrayıl şəhərinə 40 ailə, yəni 200 nəfər köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan bərpa-quruculuq layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 30 minə yaxın insan yaşayır.
Kopyalandı
#Böyük Qayıdış proqramı teqi istifadə olunub
- Xankəndi sakinlərinin sevinci | "Bundan daha xoş nə ola bilər?!"- Baku TV
- Xankəndinə ilk köç | "Sevinc hissi ilə doluyuq bu dəqiqə" - Baku TV
- Qırmızı Bazar sakini öz təəssüratlarını "Baku TV"yə danışdı - Baku TV
- Arzuları reallaşan Xıdırlı sakinləri | "Şükür edirəm ki, öz torpağımdayam" - Baku TV
- Mustafayevlər ailəsinin səhərləri artıq 4 aydır ki, Hadrutda açılır - Baku TV
