“Dedim ki, yiyəsi bilsə, sizi...” | Bina tikənlər sakinlərin həyatını heçə sayır? - Baku TV
Abşeron rayonunun Masazır qəsəbəsi, Rafiq Dünyamalıyev küçəsindəki həyət evlərinin sakinləri mənzillərinə bitişik ərazidə aparılan çoxmərtəbəli bina tikintisindən narazıdırlar.
Sakinlər təməl mərhələsində olan tikinti ilə öz evləri arasındakı məsafənin cəmi 2-3 metr təşkil etdiyini bildirirlər.
Vətəndaşların sözlərinə görə, onların razılığı olmadan başlayan işlər zamanı torpaq sürüşməsi riskinin yaranması, evlərin təhlükə altına düşməsi və ətrafın toz-torpaqla çirklənməsi əsas narahatlıq doğuran məqamlardandır.
Eyni zamanda gecə saatlarınadək davam edən səs-küy və ağır texnikanın yol örtüyünü yararsız hala salması sakinlərin yaşayış şəraitini çətinləşdirib.
Vətəndaşlar aidiyyəti qurumlardan tikintinin qanuniliyinin araşdırılmasını, ara məsafəsi normativlərinə riayət olunmasını tələb edirlər.
#Masazır teqi istifadə olunub
- Masazırdakı su problemi nə zaman həll olunacaq? | ADSEA açıqlama verdi - Baku TV
- “Yağış yağanda lap dəhşət olur” | Masazırda dəhşətli durum | “Qurum üçün çətindir ki...?!” - Baku TV
- Məşhur meyxanaçının çıxış etdiyi restoranda olanlar sakinləri özündən çıxardı - Baku TV CANLI
- "Gecə 1-ə, 2-yə qədər orada..." | Namiq Mənanın meyxana dediyi restoranda nə baş verdi? - Baku TV
- “Ay xanım, əlaqəm yoxdur, tamaşa edirəm" | Sakinləri qorxudan məsələnin aqibəti necə oldu? - Baku TV
