Cəmiyyət
Pleyeri seçin:

Dəfələrlə döyüşə getdi, atası ilə yuxusunda sağollaşdı | Şəhid Teymur Rəsulov

02 aprel 2024

Baku TV-də jurnalist Afaq Hüseynovanın təqdimatında Vətən müharibəsi şəhidi Teymur Rəsulov haqqında reportaj efirə gedib.

Azərbaycan Ordusunun əsgəri olan Teymur Rəsulov İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 21-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Şəhidin atası Yavuz Rəsulov oğlu ilə bağlı xatirələrini bölüşərkən bildirib ki, Teymur Milli Qəhrəman Mübariz İbrahimovun ölümündən sonra hərbidə qalmaq istəyib:

“Oğlum Polad Həşimovun şəhid olduğu axşam dedi ki, səhər gedib könüllü yazılacağam. 2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsi başlayanda Hərbi Komissarlığa getdi. Sentyabrın 29-u otuz nəfər könüllünü geri qaytardılar, Teymur da onların içində idi. İki gün getdi-gəldi, geri qaytarıldı. Üçüncü gün dedi ki, mən artıq gedirəm. Yola saldıq, getdi”.

Yavuz Rəsulov oğlunun şəhid olmamışdan əvvəl yuxusunda onunla sağollaşdığını bildirib:

“Oktyabrın 19-u axşam idi. Divanda məni yuxu tutmuşdu. Bir də gördüm, gəldi. Əlini uzadıb dedi ki, müəllim, hələlik, sağ ol. Mənə həmişə müəllim deyirdi. Səhər tezdən qohumum zəng edib dedi ki, Teymur yaralanıb. Mən artıq bildim ki, o şəhid olub. Əgər yaralı olsaydı, bizimlə əlaqə saxlayıb danışardı”.

Şəhidin bacısı Şəhla Nəbiyeva qardaşının illərdir müharibəyə hazırlaşdığını deyib:

“Teymur şəhid olandan sonra onun öz yazılarından ibarət “Qürub vaxtı” kitabı dərc olundu. Kitab üzərində yoldaşım işləyirdi. Dedi ki, o, illərdir müharibəyə hazırlaşır. Hətta onun “İnsan 32 il yaşayır” adlı yazısı var. Elə bil ki, özü üçün hesablayıb. Teymurun nə qədər dahi insan olduğunu şəhadətindən sonra bildim. Ona görə də özümü bağışlaya bilmirəm, bir evin içində yaşamışıq, amma onu tanıya bilməmişəm”.

Musiqi məktəbindəki məsələ ilə bağlı nazirlikdən açıqlama | Gəncə

Musiqi məktəbindəki məsələ ilə bağlı nazirlikdən açıqlama | Gəncə

Cəmiyyət
19 may 2024
Milli Hidrometeorologiya Xidməti hava proqnozunu açıqladı | Hava haqqında məlumat

Milli Hidrometeorologiya Xidməti hava proqnozunu açıqladı | Hava haqqında məlumat

Cəmiyyət
19 may 2024
Selektiv abortlara şərait yaradılır? | Ekspertlərdən açıqlama

Selektiv abortlara şərait yaradılır? | Ekspertlərdən açıqlama

Cəmiyyət
19 may 2024
Zabux kəndində 32 il sonra toy sədası | Laçınlılar Baku TV-yə danışdı

Zabux kəndində 32 il sonra toy sədası | Laçınlılar Baku TV-yə danışdı

Cəmiyyət
18 may 2024
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı

Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı

Cəmiyyət
18 may 2024
Hərbçilərimiz Türkiyədə keçirilən "EFES-2024" təlimlərində iştirak etdi

Hərbçilərimiz Türkiyədə keçirilən "EFES-2024" təlimlərində iştirak etdi

Cəmiyyət
18 may 2024
Baku TV çəkdi, AYNA problemlə bağlı hərəkətə keçdi

Baku TV çəkdi, AYNA problemlə bağlı hərəkətə keçdi

Cəmiyyət
18 may 2024
Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilmiş Zəngilan məscidi

Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilmiş Zəngilan məscidi

Cəmiyyət
18 may 2024
Vəng kəndindən eksklüziv görüntülər | Baku TV Kəlbəcərdə

Vəng kəndindən eksklüziv görüntülər | Baku TV Kəlbəcərdə

Cəmiyyət
18 may 2024
Yüksək vəzifə verilən Vətən Müharibəsi Qəhrəmanı kimdir?

Yüksək vəzifə verilən Vətən Müharibəsi Qəhrəmanı kimdir?

Cəmiyyət
18 may 2024
Seçilmişlər
icon