Deputat Qarabağ və Türkiyə-Azərbaycan universitetləri barədə danışdı
"Azərbaycanla Türkiyənin yaratdığı universiteti tək qardaşlığımızı göstərmək naminə deyil, həm də səviyyəli universitet yaratmalıyıq. Ona görə də Türkiyə-Azərbaycan texniki universitetinin yaradılması məsələsinə baxılmalıdır. Sentyabrda yeni dərs ili başlayacaq, amma bu universitetin bina məsələsi həllini tapmayıb".
Bunu Milli Məclisin aprelin 5-də keçirilən iclasında deputat Fazil Mustafa deyib.
"Universitet həm də regionun inkişafı deməkdir. Eyni zamanda Qarabağ universiteti ilə bağlı planlar hələ də aydın deyil. Bunlar geniş müzakirə olunmalıdır. Biz orada ənənəvi universitet modelini formal olaraq tətbiq etməyə başlasaq, Qarabağ adına layiq universitet yaratmaqda çətinlik çəkəcəyik. Niyə orada “Silikon Vadisi”nə bənzər universitet yaratmayaq? Fərqli universitet yaratmalıyıq ki, dünyanın başqa ölkələrindən gəlib təhsil alsınlar", – o bildirib.
#Milli Məclis teqi istifadə olunub
- Qanun fevralın 1-dən deyil, aprelin 1-dən qüvvəyə minə bilər
- Milli Məclisin komitə sədri 15 iyul 1992-ci il tarixli qərardan danışıb
- Millət vəkili qurumun qətnaməsini tənqid edib
- Milli Məclis AP-nin Azərbaycana qarşı qətnaməsinə bəyanatla cavab verdi - Baku TV
- Milli Məclisdən Avropa Parlamentinə qarşı bəyanat
