Deputatın iradına nazirdən sərt cavab | Xahiş edirəm ki, araşdırılmamış məlumat verməyin
“Fərdi Məşğulluq Proqramının həyata keçirilmə mexanizmində böyük nöqsanlar var”.
Bunu deputat Siyavuş Novruzov parlamentin noyabrın 26-da keçirilən iclasında deyib.
“Məsələn, kənd təsərrüfatı baxımından çoxsaylı şikayətlər var. Xəstə heyvanı insanlara verirlər, o da üç gün sonra ölür. Yaxşı olardı ki, həmin heyvanlar 1 illik sığortalansın, 3 aylıq da yem ilə təmin olunsun”, – deyə deputat bildirib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə S.Novruzovun iradına etirazını bildirib:
“Xahiş edirəm, araşdırılmamış məlumatlar verilməsin. Təqdim olunan hər bir heyvan haqqında video çəkiliş aparılır. Təqdimolunma günündə onlar sayta yerləşdirilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin xəstəlik, sağlamlıq, baytarlığa dair bütün sertifikatları da orada olur. İstənilən şəxs bizə müraciət etmədən sayta daxil olaraq bu məlumatlarla tanış ola bilər”.