COP29 konsensus üçün mühüm platforma oldu | Baydendən vacib açıqlama
ABŞ Prezidenti Co Bayden COP29-un uğurla təşkil olunmasına görə Azərbaycana təşəkkür edib:
“Mən tərəfləri və COP29 prezidentini bu mühüm nəticəyə görə təbrik edirəm. İqlim hədəflərinə çatmaq üçün əhəmiyyətli addımlar atılıb, əldə edilən uğur düzgün istiqamətdə atılan mühüm bir addımdır. ABŞ xalqı və gələcək nəsillər adından daha təmiz, daha təhlükəsiz və sağlam planetin təmin edilməsi üçün səylərimizi artırmaq öhdəliyinə sahibik”.
Bundan əlavə, ABŞ Prezidenti qeyd edib ki, COP29 mühüm bir platforma olub.
“Konfrans zamanı ölkələr 2035-ci ilə qədər iqlim təşəbbüslərinin beynəlxalq maliyyələşdirilməsinə dair iddialı bir məqsəd müəyyənləşdiriblər. Bu, inkişaf etməkdə olan ölkələrin yaşıl və dayanıqlı iqtisadiyyatlara keçidini sürətləndirmək üçün lazım olan maliyyə resurslarını səfərbər edəcək”, – deyə Bayden əlavə edib.