Braziliyalı nazir ölkələri öhdəliklərə sadiq qalmağa çağırıb
“Braziliya Azərbaycana Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDCs) sadiqliklə gəlib. Bu xüsusda Braziliya başqa ölkələr üçün nümunə olmağa sadiqdir”.
Bunu Braziliyanın ətraf mühit və iqlim naziri Marina Silva COP29-un yekun plenar iclasında bildirib.
“Təəssüf ki, biz hələ də iqlim maliyyəsi ilə bağlı razılığa gələ bilmirik, halbuki razılıq əldə etmək üçün imkanımız var, bunun üçün hamımız səylər göstəririk”, – nazir deyib.
O qeyd edib ki, inkişaf etmiş ölkələr iqlim maliyyəsi ilə bağlı üzərilərinə düşən öhdəliklərini yerinə yetirməlidir:
“Bu dövlətlərin iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə ayırması inkişafda olan ölkələrə xüsusi güzəşt sayılmamalıdır. COP-un uğuru bizim birgə göstərdiyimiz səylərin uğuru olmalıdır və biz üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsinə sadiq qalmalıyıq”.