Siyasət
Pleyeri seçin:
Pis razılaşma ilə razılaşmaqdansa, daha bir il... | Lidi Nakpildən açıqlama
“İnkişaf etmiş ölkələrin iqlim maliyyələşməsi çərçivəsində Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) üzrə təklifi qəbuledilməzdir”.
Bunu jurnalistlərə açıqlamasında Ödənişlər və inkişaf üzrə Sakit Okean Hərəkatının nümayəndəsi Lidi Nakpil deyib.
“Həqiqətən, pis razılaşma ilə razılaşmaqdansa, daha bir il mübarizə aparmağı üstün tuturuq. İnkişaf etməkdə olan ölkələrin hökumətlərini bundan imtina etməyə çağırırıq, bu bizə təklif ediləndən daha yaxşıdır”, – o bildirib.
L.Nakpilin sözlərinə görə, inkişaf etmiş dövlətlərin təqdim etdiyi NCQG hədəfləri daha çox zarafata bənzəyir və təhqiredicidir.
Kopyalandı
Seçilmişlər