Pleyeri seçin:

DİM-dən taksi sürücüləri ilə bağlı vacib məlumat | İmtahanda iştirak üçün...

07 avqust 2024 882 baxış

1 iyul 2024-cü il tarixindən sonra xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün imtahan gününün vaxtı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ilk imtahan günü avqustun 25-nə təyin olunub.

Taki sürücülərindən bəziləri imtahan gününü öyrəndikdən sonra iştirak edib şəhadətnaməni almaq istədiklərini bildiriblər.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün Mərkəzə müvafiq qurumlar tərəfindən 1800 nəfərə yaxın şəxsin məlumatları təqdim olunub.

Məlumatda bildirilib ki, imtahanda iştirak etmək istəyən həmin sürücülər ilk növbədə DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və 6 avqust saat 15:00-dan 20 avqust saat 23:59-dək qeydiyyatdan keçməlidirlər. Sürücülər həmçinin “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirildiyi halda səhv cavablar isə düzgün cavabların nəticəsinə təsir göstərməyəcək. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılaraq onlara 7 il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 882 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 882 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 882 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 882 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 882 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 882 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 882 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 882 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 882 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 882 baxış
Seçilmişlər
icon