DİN bayram günləri ilə bağlı vətəndaşlara müraciət etdi
Daxili İşlər Nazirliyi bayram günlərində azad olunan ərazilərə səfər edən şəxslərə müraciət ünvanlayıb.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Müraciətdə deyilir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq, təhlükəsizliyi təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirəcək.
“Siz üzərinizə düşən məsuliyyəti anlamalı, qaydalara biganə yanaşmamalısınız. Bilməlisiniz ki, icazəniz varsa, sərbəst və maneəsiz gediş-gəlişiniz təmin olunacaq. Müvafiq portaldan qeydiyyatdan keçərək şəxsi minik avtomobili ilə səfər edirsinizsə, ilk növbədə əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət etməlisiniz. Müvəqqəti polis postlarında sizə təqdim edilən təlimat-bildirişlərdə də qeyd olunduğu üzrə kənar yollarla getməyinizə icazə verilmir. Əraziyə spirtli içki, tezalışan və partlayıcı maddə aparmamaq, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər etmək xahişimiz və tələbimizdir”, – DİN-dən bildirilib.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Bulkaya görə həyatından olacaqdı | Ağdaşdakı dəhşətli hadisənin təfərrüatı məlum oldu - Baku TV
- Ağdərədə mina partlayışı baş verdi | Xəsarətalanın son vəziyyəti açıqlandı - Baku TV
- Güzəştli şərtlərlə ayrılmış MİDA mənzillərini qanunsuz satanlar ifşa edildi - Baku TV
- Faciəvi hadisə | Xeyir işə gedən 4 qadın burada dəhşətli qəzaya düşdü - Baku TV
- "Pulları mənə çatırdı" | "Zuerx" onlayn maliyyə dələduzluq piramidasına qarşı əməliyyat - Baku TV
