Pleyeri seçin:

Direktorun oğlu da daxil, şagirdlər məktəbdə elektron qəlyan çəkir?

14 noyabr 2025 126 baxış

Bakının Xətai rayonunda yerləşən 260 nömrəli tam orta məktəbdə bir qrup şagirdin sanitar qovşaqda elektron qəlyandan istifadə etməsi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub.

İddialara görə, həmin şagirdlər arasında məktəb direktorunun oğlu da olub.

Şagirdlərdən biri iddiaları təsdiqləyərək bildirib ki, bənzər hallar məktəbin akt zalında da baş verib.

“Bəzən də akt zalında siqareti telefonun arxasında gizlədib çəkirlər”, ‒ deyə şagird qeyd edib.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bu kimi neqativ halların qarşısının alınması üçün həm məktəb rəhbərliyi, həm də valideynlər məsuliyyət daşıyır:

“Elm və Təhsil Nazirliyi məktəblərdə neqativ halların aradan qaldırılması istiqamətində ciddi işlər görür, mütəmadi olaraq kadr dəyişikliyi həyata keçirir. Lakin tərbiyə ilk növbədə ailədən başlayır. Əgər bu tərbiyəni verən şəxs məktəbin rəhbəridisə və öz övladına bunu aşılaya bilmirsə, məktəbdə digər şagirdlərə də tərbiyə verə bilməyəcək. Bu kimi hallara yol verən direktor və texniki işçilər vəzifələrindən azad edilməlidir. Məktəb ərazisində şagirdlərin siqaret və digər qadağan olunmuş vasitələrdən istifadə etməsi ciddi pozuntudur və buna güzəşt edilə bilməz”.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi də 260 nömrəli məktəbin açıqlamasını təqdim edib. Açıqlamada bildirilib ki, yayılan videogörüntü həqiqəti əks etdirmir:

“Məktəbin sanitar qovşağında bir neçə şagirdin zərərli vərdişlə məşğul olması iddiası ilə bağlı yayılan video əsassızdır və təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyır. Məktəbin fəaliyyəti ilə uyğunluğu olmayan yanlış məlumatların yayılması səbəbindən məsələ hüquqi müstəvidə qiymətləndiriləcək”.

Vardanyan məhkəmədən nə xahiş etdi? - Zərərçəkənlərin ifadələri... - Baku TV

Vardanyan məhkəmədən nə xahiş etdi? - Zərərçəkənlərin ifadələri... - Baku TV

Cəmiyyət
09 dekabr 2025 126 baxış
Mediada dil qaydalarının pozulmasına qarşı sərt tədbirlər həyata keçiriləcək - Baku TV

Mediada dil qaydalarının pozulmasına qarşı sərt tədbirlər həyata keçiriləcək - Baku TV

Cəmiyyət
09 dekabr 2025 126 baxış
Əsas vəzifələrimizdən biri dili qorumaqdır | Xalq yazıçısı nələrdən danışdı? - Baku TV

Əsas vəzifələrimizdən biri dili qorumaqdır | Xalq yazıçısı nələrdən danışdı? - Baku TV

Cəmiyyət
09 dekabr 2025 126 baxış
Türkiyəli məşhurlar "Bu gün gözəl"in qalasında - Baku TV

Türkiyəli məşhurlar "Bu gün gözəl"in qalasında - Baku TV

Cəmiyyət
09 dekabr 2025 126 baxış
"YAŞAT" Fondunun hesabatı | “Məişət şəraitinin yaxşılaşdırılmasına ayrılan vəsait...” - Baku TV

"YAŞAT" Fondunun hesabatı | “Məişət şəraitinin yaxşılaşdırılmasına ayrılan vəsait...” - Baku TV

Cəmiyyət
09 dekabr 2025 126 baxış
Mədəniyyət Nazirliyi binanı sökdürdü, mənzilləri su basdı - Baku TV

Mədəniyyət Nazirliyi binanı sökdürdü, mənzilləri su basdı - Baku TV

Cəmiyyət
09 dekabr 2025 126 baxış
100 illik hidrometeoroloji məlumatlar vahid bazada toplanılacaq

100 illik hidrometeoroloji məlumatlar vahid bazada toplanılacaq

Cəmiyyət
08 dekabr 2025 126 baxış
İqlim dəyişikliyinin təsirini azaltmaq üçün hansı işlər görülür?

İqlim dəyişikliyinin təsirini azaltmaq üçün hansı işlər görülür?

Cəmiyyət
08 dekabr 2025 126 baxış
Vəfat edən şəxsin pensiyasını almaq üçün hansı şərtləri bilməlisiniz? - Baku TV

Vəfat edən şəxsin pensiyasını almaq üçün hansı şərtləri bilməlisiniz? - Baku TV

Cəmiyyət
08 dekabr 2025 126 baxış
Tədris dilindən asılı olmayaraq "Azərbaycan tarixi" fənni Azərbaycan dilində keçiriləcək

Tədris dilindən asılı olmayaraq "Azərbaycan tarixi" fənni Azərbaycan dilində keçiriləcək

Cəmiyyət
08 dekabr 2025 126 baxış
Seçilmişlər
icon