Cəmiyyət
Pleyeri seçin:
Əmək müqaviləsinə xitam verilən müəllimərin sayı açıqlandı
"Hazırda ölkə üzrə 21180 ibtidai sinif müəllimi sertifikasiya imtahanında uğur qazanıb. 743 nəfərin əmək müqaviləsinə xitam verilib. 9 regionu əhatə edən 6513 nəfər isə növbəti il təkrar sertifikatlaşdırmaya cəlb olunacaq”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
“Bu il ölkə üzrə ilk dəfə Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikatlaşdırmaya cəlb olunublar. 7594 nəfər test mərhələsində uğur qazanıb. 674 nəfərin isə təkrar imtahanda iştirakı nəzərdə tutulur”, – nazir vurğulayıb.
Kopyalandı
Seçilmişlər