Pleyeri seçin:

Emin Ağalarov Crocus-da gördüyü hər şeyi danışdı | Qaçmaq fikrim yoxdur!

03 aprel 2024 864 baxış

“Heç yerə qaçmaq fikrim yoxdur”.

“Crocus Group” şirkətinin 1-ci vitse-prezidenti Emin Ağalarov konsert zalında baş verən terror aktından sonra Rusiyadan getməsi ilə bağlı çıxan xəbərlərə reaksiya verərək belə deyib.

O, “Forbes” jurnalına müsahibəsi zamanı həmçinin hadisədən necə xəbər tutmasından və faciə yerində gördüklərindən də danışıb:

“Zalın direktoru Roman Qraçov mənə zəng etdi və “Crocus”da atışma olduğunu dedi. Həmin vaxt mən Kutuzovskidə yerləşən ofisimdə idim. Maşına mindim və 30-45 dəqiqə sonra hadisə yerinə çatdım.

Mən çatanda artıq binada yanğın başlamışdı və insanların çoxu qaçıb getmişdi. Bu, çox dəhşətli bir mənzərə idi, küçədə ölülər var idi. Biz zalın direktoru ilə birgə məkanda sağ qalanların olub-olmamasını yoxladıq. Təəssüf ki, onlar arasında həyatda olan yox idi. Mən əraziyə cəlb olunan əməkdaşlara insanların təxliyəsi üçün kömək edirdim. Amma həqiqətən də heç filmlərdə də mən bu qədər insan ölüsünü bir yerdə görməmişdim.

Təxliyə məsələsinə gəldikdə isə həmin vaxt sistem düzgün işləyib, çünki tamaşaçıların 98%-i qaçmağı bacarıb. Lakin görüntülərdə əks olunan problemlər insanların təşvişə düşməsi ilə bağlı olub. Onlar qorxduqları üçün texniki otaqlara qaçaraq canlarını qurtarmağa çalışıblar”.

Azərbaycanın Xalq artisti müsahibəsində sözügedən terror aktına görə son günlərdə çox stresli olduğunu da vurğulayıb.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 864 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 864 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 864 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 864 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 864 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 864 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 864 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 864 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 864 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 864 baxış
Seçilmişlər
icon