Cəmiyyət
Pleyeri seçin:
Ənənəvi bazarlar niyə tarixə qovuşur? - Satıcılar narazılıq etdi
Əvvəllər ən keyfiyyətli, eləcə də ən ucuz məhsulları əldə etmək üçün bir ünvan var idi – bazarlar. İndi demək olar ki, tək-tük bazar fəaliyyət göstərir. Əksəriyyəti ya fəaliyyətini dayandırır, ya da yenidən qurulur.
Alıcılar deyirlər ki, bazarların sayının artıb-azalması heç nəyi dəyişdirmir. Çünki marketlərdən hər şeyi əldə etmək mümkündür.
“Əvvəl ucuzluq idi, hamı məhsulu gəlib bazardan alırdı”, – deyə alıcı narazılıq bildirib.
Bazarların sayının azalması alıcılar üçün çox şeyi dəyişdirməsə də, satıcıların gəlirlərinə ciddi zərbə vurur. Amma iqtisadçılar deyirlər ki, bazarlar əslində sıradan çıxmır, sadəcə, yenilənir. Böyük şəhərlərdə bazarlar supermarketlərə, daha müasir texnologiyaların tətbiq olunduğu satış mərkəzlərinə çevrilib.
Kopyalandı
Seçilmişlər