Ərdoğan Anım Günü ilə bağlı paylaşım etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Türkiyə lideri bunu “X” sosial şəbəkə hesabında yazıb.
“Qarabağın və işğal altındakı Azərbaycan torpaqlarının azadlıq mübarizəsinin başlanğıcı olan Anım Günündə bütün şəhidlərimizi rəhmətlə, hörmətlə yad edirəm. Qarabağ Azərbaycandır”, – deyə o qeyd edib.
Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, sabiq baş nazir Binəli Yıldırım da Anım Günümüzü unutmayıb.
“Bu gün Qarabağ və işğal altındakı Azərbaycan torpaqlarının azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başladığı gündür. Bu şanlı mübarizənin ildönümü – Anım Günündə bütün şəhidlərimizi rəhmətlə anıram”, – deyə Binəli Yıldırım paylaşımında bildirib.
Türkiyəli siyasətçi Sinan Oğan “X” hesabında birlik və bütövlük uğrunda canlarından keçmiş, tarixi dəyişdirmiş bütün qəhrəman şəhidlərimizi rəhmətlə yad edib. Qazilərimizə cansağlığı və şəfa diləyib.
#Anım günü (27 Sentyabr) teqi istifadə olunub
- Ölkənin müxtəlif bölgələrində qəhrəmanların xatirəsi ehtiramla yad edildi - Baku TV
- "Qürur duyuram ki, torpaqlarımız geri alınıb" | Qürur və kədər bir arada - Baku TV
- Qəhrəmanların keçdiyi döyüş yolu bir daha yada salındı - Baku TV
- "Yaralı olmağına baxmayaraq..." | Döyüşə yollandı, üç övladını Vətənə əmanət qoydu - Baku TV
- Qürur və kədər bir arada | Azərbaycan qəhrəmanlarını unutmadı - Baku TV CANLI
