Pleyeri seçin:
Erməni yalanlarının ifşası | MN-dən yayılan xəbərlər barədə təcili məlumat
Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, mayın 29-u gecə saat 01:00-dan 01:15-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış binasının ziyan görməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir.
“Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və mülki obyektlərə atəş açmır”, – deyə Müdafiə Nazirliyindən bildirilib.
Kopyalandı
#Ermənistan teqi istifadə olunub
- Moskvanın İrəvandakı əsas nümayəndəsi ilə bağlı diqqətçəkən iddia yayılıb - ANA XƏBƏR
- “Tramp yolu” Ermənistan-Rusiya münasibətlərində yeni ziddiyyətləri yaradır? - AKTUAL GÜNDƏM
- Ermənilər üçün işğalın “ən qiymətli” yadigarı | "Həm ağacları məhv edirdilər, həm də..." - Baku TV
- İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI
- Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV
