Pleyeri seçin:

Ermənistan vətəndaşlarının cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası keçirildi

11 aprel 2025 390 baxış

Çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları ‒ Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 10-da davam etdirilib.

Təqsirləndirilən şəxs Melikset Paşayan vaxtilə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın suveren ərazilərində qanunsuz olaraq hərbi xidmət keçdiyini etiraf edib. M.Paşayan Birinci Qarabağ müharibəsi zamanı 31-ci taborda xidmət etdiyini, hərbi hissənin komandirinin Vitali Balasanyan olduğunu da deyib.

O, Əsgəran, Ağdərə və Ağdam rayonlarının müxtəlif kəndlərində döyüş postlarında olduğunu söyləyib. Lakin Azərbaycan ərazilərində nəyi kimdən qoruması barədə suala cavab verə bilməyib.

Daha sonra təqsirləndirilən şəxs Davit Allahverdiyan sualları cavablandırıb. 44 günlük müharibə zamanı hərbi xidmətə çağırıldığını söyləyən təqsirləndirilən şəxs ona avtomat silah təhkim edildiyini bildirib. O, daha sonra 2023-cü ilin yanvar ayında qanunsuz silahlı birləşmənin tərkibinə qoşulub. Silahlı birləşmənin tərkibində olduğuna görə isə hərbi xidmət günlərinin sayına görə maaş alıb.

Kənd təsərrüfatı sahəsi üzrə “vəzifəli şəxs” olmuş D.Allahverdiyan Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində taxıl əkildiyini və məhsulun Ermənistana göndərildiyini etiraf edib.

Daha sonra təqsirləndirilən şəxs Levon Balayan dövlət ittihamçılarının suallarını cavablandırıb. L.Balayan 1978-ci ildə Bakı şəhərində anadan olduğunu, 44 günlük müharibədə Azərbaycana qarşı döyüşdüyünü bildirib.

Bu zaman təqsirləndirilən şəxs David Babayan suallara cavab verməsində Levon Balayana kömək etdiyinə görə hakim D.Babayana xəbərdarlıq edib. L.Balayan müharibədən sonra aylıq maaş müqabilində qanunsuz hərbi birləşməyə qoşulduğunu, Ermənistan dramı ilə 400-500 ABŞ dolları ekvivalentində əməkhaqqı aldığını deyib.

Məhkəmənin növbəti iclası aprelin 11-nə təyin olunub. Növbəti proses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
21 dekabr 2025 390 baxış
AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

Cəmiyyət
21 dekabr 2025 390 baxış
Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Cəmiyyət
21 dekabr 2025 390 baxış
"Yeni il karvanı" sirk şousu | Bakı Dövlət sirkinin möhtəşəm təqdimatı - Baku TV

"Yeni il karvanı" sirk şousu | Bakı Dövlət sirkinin möhtəşəm təqdimatı - Baku TV

Cəmiyyət
21 dekabr 2025 390 baxış
Azərbaycanda bir ilk | Balaca boylu aktyorların teatrı fəaliyyətə başladı - Baku TV

Azərbaycanda bir ilk | Balaca boylu aktyorların teatrı fəaliyyətə başladı - Baku TV

Cəmiyyət
21 dekabr 2025 390 baxış
“Dedi, gəl qızımı al, evimi də verirəm” | İnternatda böyüyən ata 9 uşağı necə saxlayıb?

“Dedi, gəl qızımı al, evimi də verirəm” | İnternatda böyüyən ata 9 uşağı necə saxlayıb?

Cəmiyyət
20 dekabr 2025 390 baxış
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç | Sakinlər hisslərini bölüşdü - Baku TV

Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç | Sakinlər hisslərini bölüşdü - Baku TV

Cəmiyyət
20 dekabr 2025 390 baxış
“Həyatıma girən kişilər ilk bu sualı verir” | Fitnes model Günay “Qapqara”da hansı sirrini açdı?

“Həyatıma girən kişilər ilk bu sualı verir” | Fitnes model Günay “Qapqara”da hansı sirrini açdı?

Cəmiyyət
20 dekabr 2025 390 baxış
“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

Cəmiyyət
20 dekabr 2025 390 baxış
Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Cəmiyyət
20 dekabr 2025 390 baxış
Seçilmişlər
icon