Cəmiyyət
Pleyeri seçin:
Ermənistanın Tərtəri atəşə tutmasının 4-cü ildönümüdür
Vətən müharibəsi dövründə Tərtər şəhər qəbiristanlığında dəfn mərasiminə toplaşan mülki şəxslərin Ermənistan Silahlı Qüvvələri tərəfindən ağır artilleriya atəşinə tutulmasından 4 il ötür.
2020-ci il oktyabrın 15-də Ermənistan Silahlı Qüvvələri növbəti dəfə beynəlxalq humanitar hüquq qaydalarını pozaraq, dəfn mərasimi zamanı Tərtər şəhər qəbiristanlığını qəsdən ağır artilleriya atəşinə tutub. Nəticədə vəfat etmiş yaxınlarının dəfnində iştirak edən 4 mülki şəxs həlak olub, 4 nəfər isə ciddi xəsarət alıb.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan tərəfindən Azərbaycanın müxtəlif mülki yaşayış məntəqələri atəşə tutulub, bir çox hallarda hətta uzaqmənzilli raketlərdən istifadə edilib.
Kopyalandı
Seçilmişlər