Cəmiyyət
Pleyeri seçin:
Əsgər kəskin ürək-damar tənəffüs çatışmazlığından dünyasını dəyişib
Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əmrahov İmran Rahim oğlu tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
“Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət etsin!”, – deyə məlumatda qeyd edilib.
Kopyalandı
Seçilmişlər