Faciəvi şəkildə ölən 21 yaşlı “Baba”nın qardaşı ürəkləri dağladı - ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki buraxılışında 21 yaşında ağır yol qəzasında həyatını itirən Murad Məhərrəmovun qardaşı Elmi Məhərrəmov onunla bağlı xatirələrini bölüşüb.
Qardaşının sözlərinə görə, Murad bərbər kimi çalışıb, gələcəkdə öz işini qurmağı və peşəsində daha da inkişaf etməyi arzulayıb. Lakin işləmək üçün getdiyi Rusiyadan qayıtdıqdan bir neçə gün sonra Bakıda baş verən ağır avtomobil qəzası onun arzularını yarımçıq qoyub.
“Biz dörd qardaşıq, Murad ən kiçiyimiz idi. Babamın adı idi deyə uşaqlıqdan Murada “Baba” deyirdik. Çox adam onu bu adla tanıyırdı. O mənim təkcə qardaşım deyildi, həm atam, həm anam, həm də dostum idi”, – deyə o bildirib.
Elmi Məhərrəmov qardaşının saçından bir hissə kəsərək təsbeh hazırlatdığını qeyd edib:
“Meyitini yuyanda saçından bir az kəsib təsbeh düzəltdirdim. İstədim ki, qardaşımdan mənə bir xatirə qalsın və onu hər zaman yanımda hiss edim”.
#Arzunun vaxtı teqi istifadə olunub
- “Kefsiz olanda bahalı maşınlarıma baxıram” | Şükran Soltanov hansı məşhur ifaçının mühafizəçisi idi?
- "Atamdan gizlətdim ki, söz-söhbət olmasın" | "Validə Sultan" və "Şah"ın başına nələr gəlib?
- "2 dəfə ölümü görüb qayıtmışam" | Sabun doğrayan qadının xərçənglə mübarizəsi - ARZUNUN VAXTI
- “Öz günahıma görə küçələrdəyəm” | “Qan qaytarırdım, 2 aydır yemək yemirdim” - ARZUNUN VAXTI
- “Bizi ana-bala bilirlər” | Əlil cütlüyün qınaqlara qalib gələn sevgisi - ARZUNUN VAXTI
