FHN-dən əhaliyə xəbərdarlıq: təhlükə anında bunları edin
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 13-ü axşamdan başlayaraq mayın 15-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, yağıntılı olacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, şimşək çaxacağı, çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli daşqın keçəcəyi proqnozlaşdırılır.
Hava şəraitinin dəyişməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.
Bildirilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Bundan əlavə, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Həmçinin ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
#Fövqəladə Hallar Nazirliyi teqi istifadə olunub
- Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldı | FHN görüntülər yaydı - Baku TV
- Dəhşət yaşayan hadisə şahidləri danışdı | Sumqayıtda restoranı alov bürüdü - Baku TV
- FHN-in yaranmasının 20-ci ildönümü ilə əlaqədar mərasim keçirilib - Baku TV
- Yasamalda 15 mərtəbəli binalara daha bir mərtəbə əlavə etdilər - Baku TV
- İtkin düşmüş balıqçıların axtarışlarına helikopter cəlb olundu - Baku TV
