Dəhşət yaşayan hadisə şahidləri danışdı | Sumqayıtda restoranı alov bürüdü - Baku TV
Sumqayıtda yanğın baş verib.
Hadisə şəhərin Sahil küçəsində yerləşən restoranların birində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində restoranın dam örtüyündə baş verən yanğın genişlənməsinə, o cümlədən bitişik tikilən hotelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 2000 kvadratmetr olan restoranın 1-ci mərtəbəsinin terrasının dam örtüyünün yanar konstruksiyaları 70 kvadratmetr sahədə yanıb. Restoranın böyük hissəsi və bitişik hotel yanğından mühafizə olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar. Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
#Sumqayıt teqi istifadə olunub
- Mirmahmud Mirəlioğlunun nəvəsinin ölümünün təfərrüatı - Baku TV
- Şəhid anasını və oğlunu söyən şəxsin sonu
- 11 illik münasibətin bitməsinə dözməyən kişi sevgilisindən belə qisas aldı
- Sumqayıtda dəhşətli hadisə | 16 yaşlı yeniyetmə bıçaqlanıb - Baku TV
- "Heç bir xəstəliyi olmayıb" | 27 yaşlı qadın abortdan sonra öldü - Baku TV
