Şəhid anasını və oğlunu söyən şəxsin sonu
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda şəhid anasını və oğlunu təhqir edən şəxs həbs olunub.
Hadisə şəhərin 45-ci məhəllə adlanan ərazisində yerləşən “Pioner market”də qeydə alınıb.
35 yaşlı Vüqar Salehov siqaret almaq üçün xalası oğlu ilə birgə həmin marketə daxil olub. Bu zaman o, sərxoş olduğu üçün marketin işçilərindən birini söyüb. Daha sonra başqa bir qadın işçini və onun şəhid olan yeganə oğlunu da təhqir edib. Nəticədə Vüqar Salehov saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə protokol tərtib olunub.
Vüqar Salehov ifadəsində bildirib ki, törətdiyi əməldən peşmandır və buna görə dəfələrlə üzr istəyib. Zərərçəkən şəhid anası isə məhkəmədən onun cəzalandırılmasını istəyib.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə o, 5 gün müddətinə inzibati qaydada həbs edilib.
#Sumqayıt teqi istifadə olunub
- Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI
- Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
