Füzuli, Xocalı və Şuşa atəşə tutuldu (08.06.2023)
İyunun 8-i saat 11:25-dən 18:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Füzuli, Xocalı və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
#Füzuli teqi istifadə olunub
- Füzulidə m10 və Milliön xidmətləri üçün müasir telesatış mərkəzi fəaliyyətə başladı
- Azərbaycan və Belarusun baş nazirlərinin müavinləri Füzuli və Ağdama səfər etdi
- Ordumuzun planı hər şeyi necə dəyişdi? | Müharibənin dönüş nöqtəsi - QARABAĞ XRONİKASI
- Zəfərin 19-cu günü | Azərbaycan Ordusu daha 6 kəndi işğaldan azad edir
- Zəfər salnaməsinin 18-ci səhifəsi | Azərbaycan Ordusu daha 8 kəndi düşməndən geri aldı
