"Gecə 1-ə, 2-yə qədər orada..." | Namiq Mənanın meyxana dediyi restoranda nə baş verdi? - Baku TV
Abşeron rayonunun Masazır qəsəbəsində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub.
Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur.
Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəzi hallarda musiqi və meyxana gecə saat 2-yə qədər davam edir. Məsələ ilə bağlı Baku TV-nin çəkiliş qrupu sözügedən restorana yollanaraq məsələyə münasibət öyrənib.
Həmin vaxt sözügedən obyektdə olan meyxanaçı Namiq Məna saat 23:00-dan sonra musiqinin səsinin azaldıldığını deyib.
O, ətrafdakı yaşayış evlərinə səsin yayılması ilə bağlı iradları da nəzərə alacaqlarını bildirib: “İndi səs keçirməyən pəncərələr var. Həmin pəncərələri ala bilməyənlərdən üzr istəyirik. Qanuna hamımız riayət etməliyik. Şikayətləri nəzərə alarıq”.
#Masazır teqi istifadə olunub
- “Ay xanım, əlaqəm yoxdur, tamaşa edirəm" | Sakinləri qorxudan məsələnin aqibəti necə oldu? - Baku TV
- Masazır sakinlərini özündən çıxaran tikinti problemi - Baku TV CANLI
- Masazırda xaotik tikililər narahatlıq yaradır
- “Dedim ki, yiyəsi bilsə, sizi...” | Bina tikənlər sakinlərin həyatını heçə sayır? - Baku TV
- Duz gölündə nə baş verir? | Duzun toplanması ilə bağlı ekspertdən açıqlama - Baku TV
