Pleyeri seçin:

Hansı idman növünə pis baxılırdı? - Filmlərimizdə idman mövzusu | ARAŞDIRMA

08 avqust 2024 496 baxış

20-ci əsrin əvvəllərində Bakıda gimnastika, boks, güləş, həndbol, avarçəkmə və başqa idman növləri inkişaf etməyə başlayır.

1926-cı ildə boks üzrə birinci SSRİ çempionatı keçirildikdən sonra bu idman növünə maraq daha da artır və bu maraq Azərbaycan filmlərindən yan keçmir.

Müharibədə itkin düşmüş Saranın acı taleyindən və qürbətdə başına gələn macəralardan bəhs edən Əlisəttar Atakişiyevin “Bizim küçə” filmində də boksa xüsusi yer ayrılıb. Burada boks ustası Fuadın məşq prosesi və rinqdə necə qələbə qazandığı göstərilib.

Bundan başqa, Şamil Mahmudbəyovun quruluş verdiyi iki qonşu arasındakı ixtilaf və məhəbbətdən bəhs edən “Romeo mənim qonşumdur” filmində də boks yarışı lentə alınıb.

Arif Babayevin rejissoru olduğu “Uşaqlığın son gecəsi” filmində boksçu Rüstəm obrazı olsa da, digər iki filmdən fərqli olaraq rinq səhnəsi yoxdur. Burada Rüstəmi canlandıran Səyavuş Şəfiyev real həyatda da boks üzrə müxtəlif yarışların qalibi olub.

Əsasən sosialist ölkələrində geniş yayılan sambo idman növü keçmiş Sovet İttifaqında çekistlər tərəfindən yaradılıb. Muxtar Dadaşovun “Qanun naminə” filmində prokuror Mehman onu öldürmək istəyən Arifi sambo fəndləri ilə zərərsizləşdirir.

1964-cü ildə Tokioda keçirilən XVIII Yay Olimpiya oyunlarında tarixdə ilk dəfə olaraq karate oyunlar siyahısına salınır. Bu Olimpiadadan sonra karate bütün dünyada olduğu kimi SSRİ-də də böyük populyarlıq qazanır. 1981-ci ildə Daşkənddə karate üzrə ilk SSRİ çempionatı keçirilir.

Elə həmin il Yuli Qusmanın “Qorxma, mən səninləyəm” filmi ekranlara çıxır. Filmdə karate səhnələri geniş əks olunur. Hələ çəkilişlərə başlamamış Yuli Qusman çəkiliş meydançasında qeyri-peşəkar kimi görünməmək üçün özü də karate dərnəyinə yazılır. Filmdə karate səhnələrində çəkilənlərin əksəriyyəti həmin dərnəyin üzvləridir.

1987-ci ildə Cahangir Mehdiyevin “Kişi sözü” filmində rejissorun özü “kulturist” obrazını canlandırır. Sovet dövründə trenajorla məşğul olub bədən şişirdənlərə qarşı isti münasibət göstərilmirdi. Elə bu səbəbdən filmin baş qəhrəmanı Qasım Niyaza “kulturist” deyərək onunla məzələnir. 

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 496 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 496 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 496 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 496 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 496 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 496 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 496 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 496 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 496 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 496 baxış
Seçilmişlər
icon