Pleyeri seçin:

Həkimlərdən “Sabah”ın baş məşqçisi barədə qeyri-etik paylaşım | "Onu məhkəməyə versə..." - Baku TV

02 oktyabr 2026 24 baxış

Sosial şəbəkələrdə həkimlərin pasiyentlərlə bağlı paylaşım və şərhləri tez-tez gündəmə gəlir.

Son nümunələrdən biri isə “Sabah” futbol klubunun baş məşqçisi ilə bağlı həkimlər arasında aparılan yazışma olub.

“Liv Bona Dea” Hospitalının uroloqu Elbəyi Daşdəmirli “Sabah” futbol klubunun baş məşqçisi Valdas Dambrauskasla fotosunu paylaşıb. Paylaşıma şərh yazan Mərkəzi Klinikanın travmatoloqu Yasin Hakverdiyev Dambrauskasın “Barselona” ilə oyunda məğlub olacağına eyham vuraraq, zarafat formasında onun prostat müayinəsi ilə bağlı ifadə işlədib. Buna cavab olaraq Elbəyi Daşdəmirli “elə həmin oyuna hazırlayıram” yazıb.

Beləliklə, sosial şəbəkədəki açıq yazışmada sözügedən şəxsin tibbi müayinə alması ilə bağlı məlumat ictimailəşib. Paylaşım isə pasiyent məlumatlarının məxfiliyi və həkimlərin peşə etikası ilə bağlı suallar yaradıb.

Bəs belə məlumatların paylaşılmasının qarşısını alan mexanizmlər varmı?

Hüquqşünas Emil Aslanovun sözlərinə görə, vətəndaşın müayinəsi, müalicəsi, diaqnozu və sağlamlıq vəziyyəti ilə bağlı məlumatlar həkim sirri hesab olunur:

“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 53-cü maddəsinə əsasən, həkim sirrini təşkil edən məlumatlar qanunla müəyyən edilmiş hallar istisna olmaqla açıqlana bilməz. Belə məlumatların qanunsuz şəkildə yayılması isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən cinayət məsuliyyəti yarada bilər. Bu halda həmin şəxslər üç ilədək müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməməklə, iki ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə bildirib ki, vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Pasiyentin müvafiq hüquqları pozulduqda o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

İnformasiya müharibəsinin yeni silahı: "deepfake" və süni intellekt - AKTUAL GÜNDƏM

İnformasiya müharibəsinin yeni silahı: "deepfake" və süni intellekt - AKTUAL GÜNDƏM

Cəmiyyət
02 oktyabr 2026 24 baxış
Rəqs müəllimi kimi tanınan Nicat Azadlı barədə qalmaqallı iddia - Baku TV CANLI

Rəqs müəllimi kimi tanınan Nicat Azadlı barədə qalmaqallı iddia - Baku TV CANLI

Cəmiyyət
02 oktyabr 2026 24 baxış
“İnsan gözünü dörd açsın ki...” | Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Baku TV

“İnsan gözünü dörd açsın ki...” | Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Baku TV

Cəmiyyət
02 oktyabr 2026 24 baxış
Məşhur Göyçay narını xəstəlik vurdu: bu il nar tapmaq çətin olacaq? - Baku TV CANLI

Məşhur Göyçay narını xəstəlik vurdu: bu il nar tapmaq çətin olacaq? - Baku TV CANLI

Cəmiyyət
02 oktyabr 2026 24 baxış
Avtobuslar bu zolaqdan niyə keçmir? | Yeni xətlənmə rahatlıq yox, risk yaradır? - NECƏ OLMALIDIR?

Avtobuslar bu zolaqdan niyə keçmir? | Yeni xətlənmə rahatlıq yox, risk yaradır? - NECƏ OLMALIDIR?

Cəmiyyət
02 oktyabr 2026 24 baxış
Ağız sağlamlığındakı pozuntular orqanizmə müxtəlif təsirlər göstərə bilər

Ağız sağlamlığındakı pozuntular orqanizmə müxtəlif təsirlər göstərə bilər

Cəmiyyət
02 oktyabr 2026 24 baxış
Xalq artistləri və tanınmış aktyorlar bir arada | Şəkidə V Beynəlxalq Teatr Festivalı - Baku TV

Xalq artistləri və tanınmış aktyorlar bir arada | Şəkidə V Beynəlxalq Teatr Festivalı - Baku TV

Cəmiyyət
02 oktyabr 2026 24 baxış
Azərbaycan təcrübəsi bu dəfə Karib hövzəsinə ixrac olunur - Baku TV

Azərbaycan təcrübəsi bu dəfə Karib hövzəsinə ixrac olunur - Baku TV

Cəmiyyət
02 oktyabr 2026 24 baxış
Tbilisiyə daha sərfəli qiymətə getmək mümkün olacaq - Baku TV

Tbilisiyə daha sərfəli qiymətə getmək mümkün olacaq - Baku TV

Cəmiyyət
02 oktyabr 2026 24 baxış
Adi görünən bir səhlənkarlıq kütləvi zəhərlənmə ilə nəticələnə bilər - Baku TV

Adi görünən bir səhlənkarlıq kütləvi zəhərlənmə ilə nəticələnə bilər - Baku TV

Cəmiyyət
02 oktyabr 2026 24 baxış
Seçilmişlər
icon