Suyun qarşısını taxta parçaları ilə bağladılar, amma... | Zabrat sakinləri çıxılmaz halda - Baku TV
Sabunçu rayonunun Zabrat-2 qəsəbəsində kanalizasiya və su problemi ilə bağlı daha əvvəl Baku TV tərəfindən çəkiliş aparılıb. Ərazidə müəyyən işlər görülsə də, sakinlərin sözlərinə görə, problem bu günə qədər tam həllini tapmayıb.
Hazırda ərazidə qazıntı işləri aparılıb. Sakinlər bildirirlər ki, təxminən 15 gündür yolun bir hissəsi bu vəziyyətdədir. Qazılmış ərazidə böyük həcmdə torpaq və su toplanıb, müxtəlif boru və kommunikasiya xətləri açıq vəziyyətdə qalıb.
Sakinlərin sözlərinə görə, ərazidə diametri 300 millimetr olan borulardan biri partlayıb və su axmağa başlayıb. Onlar iddia edirlər ki, müvafiq qurumun əməkdaşları suyun qarşısını almaq üçün borunun ağzına taxta parçaları yerləşdiriblər.
Sakinlərin əsas tələbi qazıntı işlərinin tezliklə başa çatdırılması, yolun əvvəlki vəziyyətinə qaytarılmasıdır.
