Pleyeri seçin:

Piyadaların həyatını təhlükəyə atan kəsişmə | Zabrat yolunda nə baş verir? - NECƏ OLMALIDIR?

18 yanvar 2025 740 baxış

Baku TV-nin “Necə olmalıdır?” rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Zabrat yolunda sürücülərin və piyadaların qarşılaşdıqları problem haqqında məlumat verilib.

Bildirilib ki, adıçəkilən yolda avtobus zolağı var və avtobus sürücüləri həmin zolağın daxilində hərəkət edirlər. Avtomobillər isə sağa manevr etmək istəyəndə avtobusların hərəkətinə mane olur.

“Digər məsələ isə avtobus zolağı xəttinin silinməsidir. Şəhərdən gələn nəqliyyat vasitələri sağa manevr etmək istəyəndə avtobus zolağına daxil ola bilmirlər. Lakin yerdə xətlənmənin və 5.9 yol nişanının olmaması bəzi sürücüləri çaşdırır”, – deyə qeyd olunub.

Vurğulanıb ki, həmin ərazidə piyadaların keçidi üçün şərait yaradılsa da, nə piyada keçidini bildirən nişan var, nə də yerdə xətlənmə. Bu, piyadaların həyatını birbaşa təhlükəyə atmaq deməkdir.

“Kəsişmədən əsas yola daxil olmaq istəyən sürücülər yalnız işıqforda qırmızı işıq yananda ora daxil ola bilirlər. Bu isə sözügedən ərazidə piyada keçidinin olmasını sual altına qoyur. Yəni piyada keçidi həmin yerdə yox, kəsişmənin qarşısında olmalıdır”, – deyə əlavə olunub.

Diqqətə çatdırılıb ki, əgər 5.9 yol nişanı yoxdursa, üstəlik zolaq da silinibsə, deməli sürücülər üçün heç bir maneə yoxdur. Kəsişməyə köməkçi yoldan daxil olanlar isə əksər hallarda qırmızı işığı gözləməlidirlər. Çünki yalnız bu vaxt əsas yolda hərəkət dayanır. Əsas yoldan sağa dönmək istəyənlər üçün isə əvvəldə 1.11 üfüqi nişanlanma xətti olmalıdır.

Əlavə olunub ki, işıqforun və piyada keçidinin kəsişmədən sonra olması, həmçinin xətlənmənin doğru olmaması qəza riskini artırır.

Süleyman Sani Axundov küçəsində xaotik vəziyyət - Baku TV

Süleyman Sani Axundov küçəsində xaotik vəziyyət - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 740 baxış
"Suda xilas edilənlərin sayı..." | FHN-dən xilasetmə əməliyyatları barədə açıqlama - Baku TV

"Suda xilas edilənlərin sayı..." | FHN-dən xilasetmə əməliyyatları barədə açıqlama - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 740 baxış
Sürücülər görün necə risk altındadır | Masazır dairəsi istiqamətində böyük təhlükə - Baku TV

Sürücülər görün necə risk altındadır | Masazır dairəsi istiqamətində böyük təhlükə - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 740 baxış
Bakıda təmirə görə yollar bağlanır | Paytaxtda hərəkət sxemi dəyişir - Baku TV CANLI

Bakıda təmirə görə yollar bağlanır | Paytaxtda hərəkət sxemi dəyişir - Baku TV CANLI

Cəmiyyət
29 sentyabr 2026 740 baxış
Suyun qarşısını taxta parçaları ilə bağladılar, amma... | Zabrat sakinləri çıxılmaz halda - Baku TV

Suyun qarşısını taxta parçaları ilə bağladılar, amma... | Zabrat sakinləri çıxılmaz halda - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 740 baxış
Yağış barmaqlıqları hara yoxa çıxır?

Yağış barmaqlıqları hara yoxa çıxır?

Cəmiyyət
29 sentyabr 2026 740 baxış
Müəllimlərin marker, kağız dərdi | Məktəbin büdcəsi necə formalaşdırılmalıdır? - Baku TV

Müəllimlərin marker, kağız dərdi | Məktəbin büdcəsi necə formalaşdırılmalıdır? - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 740 baxış
Masazır dairəsi yaxınlığındakı yolda təhlükənin səbəbi nədir? - Baku TV CANLI

Masazır dairəsi yaxınlığındakı yolda təhlükənin səbəbi nədir? - Baku TV CANLI

Cəmiyyət
29 sentyabr 2026 740 baxış
Silah və müdafiə texnologiyaları Bakıda nümayiş olunacaq | Böyük sərgiyə son hazırlıq - Baku TV

Silah və müdafiə texnologiyaları Bakıda nümayiş olunacaq | Böyük sərgiyə son hazırlıq - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 740 baxış
Hava sakinlərə evdən çıxmağa imkan verməyəcək? - Baku TV CANLI

Hava sakinlərə evdən çıxmağa imkan verməyəcək? - Baku TV CANLI

Cəmiyyət
29 sentyabr 2026 740 baxış
Seçilmişlər
icon