Yeni qərar problemli kreditlərin qarşısını almağa kömək edə biləcək? - Baku TV
Bu gündən bank və bank olmayan kredit təşkilatlarından onlayn istehlak krediti götürənlərə vəsait dərhal verilməyəcək. Kreditin məbləğindən asılı olaraq 2 və ya 24 saatlıq gözləmə müddəti tətbiq olunacaq.
İqtisadçı Xalid Kərimli bildirib ki, yeni qaydaların əsas məqsədlərindən biri vətəndaşların hüquqlarının qorunması və onlayn kreditlər zamanı dələduzluq hallarının qarşısının alınmasıdır:
“Onlayn kreditlərdə xüsusən müasir texnologiyalardan istifadə edən dələduzların vətəndaşları aldadaraq onların hesablarından kredit götürməsi halları ortaya çıxırdı. Mərkəzi Bankın bu addımları vətəndaşları qorumaq məqsədi daşıyır”.
Onun sözlərinə görə, gözləmə müddəti həm də vətəndaşlara kredit götürmək qərarını yenidən düşünmək imkanı verir:
“Bu, vətəndaşın impulsiv və emosional alışlardan qorunması üçün zaman tanınmasıdır. Həmçinin hər hansı dələduzluq faktı olarsa, bunun yoxlanılması və banka müraciət edilməsi üçün vaxt yaranır”.
Xalid Kərimli yeni qaydaların problemli kreditlərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacağını düşünmür:
“Bu qərarın əsas məqsədlərindən biri dələduzluq hallarının azaldılması, digəri isə vətəndaşın impulsiv kredit götürməsinin qarşısının alınmasıdır. Amma bunun problemli kreditləri əhəmiyyətli dərəcədə azaldacağını söyləmək yanlışdır. Vətəndaş israrlıdırsa, yenə də krediti götürəcək”.
#Xalid Kərimli teqi istifadə olunub
- Gözləmə müddəti problemli kreditlərin sayını azalda bilərmi?
- Azərbaycanda malların gömrük dəyəri manatla bəyan ediləcək - Baku TV
- Yeni yaranan agentlik nələri dəyişəcək? - "Proses sürətlənəcək, sosial siyasət də..." - Baku TV
- "Bunları etmək yolverilməzdir!" | Sahibkarlar daha bir il yoxlanılmayacaq? - Baku TV
- ABŞ-dəki böhran qlobal iqtisadiyyata necə təsir edəcək?
