Pleyeri seçin:

Hərbi Hava Qüvvələrinə tapşırıq verildi | MN görüntülər yaydı

17 aprel 2024 184 baxış

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimdə yuxarı komandanlığın idarəetmə məntəqəsindən verilən "HAZIRLIQ-1" komandası ilə Ordu aviasiyası və hava hücumundan müdafiə birləşmə və hissələri 1 nömrəli hazırlığa gətirilib. Eyni zamanda ehtiyatda saxlanılan Hava Hücumundan Müdafiə (HHM) bölmələri döyüş tapşırığına əsasən təyinat rayonlarına çıxaraq döyüş tapşırıqlarını icra ediblər.

2 nömrəli hazırlıqda olan aviasiya vasitələrinin heyətləri ilə uçuşdan əvvəl brifinq keçirilərək şəxsi heyət qarşısında döyüş tapşırıqları qoyulub. Uçuş heyətləri tərəfindən Mİ-17 nəqliyyat-döyüş helikopterləri ilə yer hədəflərinə aviazərbələr praktiki uçuşla təqlid edilib, çoxqat və çoxhədli hava hücumundan müdafiə sisteminin dəf edilməsi üçün müxtəlif manevrlər yerinə yetirilib.

Təlimə cəlb olunan Hərbi Hava Qüvvələri bölmələrinin döyüş növbətçiliyində olan Kəşfiyyat və Hədəfgöstərmə stansiyaları ilə hava məkanının fasiləsiz kəşfiyyatı aparılıb, məlumatlar təhlil olunub, qiymətləndirilib, emal edilərək komanda və idarəetmə məntəqələrinə, həmçinin qarşılıqlı əlaqədə olan bölmələrə ötürülüb.

Hava vəziyyətinin qiymətləndirilməsi Radiolokasiya bölmələri ilə yanaşı, Bayraktar TB2 və Vizual Müşahidə postlarından alınmış məlumatlar əsasında aparılıb.

Komandir və döyüş heyətləri real döyüş şəraitində hədəflərin ardıcıl olaraq məhvetmə zonasına girmə ardıcıllığının, onlar arasında vaxt intervallarının hesablanması, müxtəlif hündürlük diapazonlarında intensiv aktiv və passiv maneə şəraitində fəaliyyət göstərən hava düşməninin şərti məhv edilməsi, düşmənin kiçikölçülü az sürətli PUA-lara qarşı Hərbi Hava Qüvvələri bölmələrinin fəaliyyəti üsulları üzrə məşq etdirilib.

Eyni zamanda birlik, birləşmə, hissə və bölmələrin dislokasiya məntəqələri və döyüş mövqelərinin mini və mikro pilotsuz uçuş aparatlarının hücumlarından mühafizəsi məqsədilə yerinə yetirilən aktiv tədbirlər çərçivəsində radiomaneə vasitələrindən istifadə edilib.

Taktiki-xüsusi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib və bölmələr arasında birgə fəaliyyətin uzlaşmasına nail olunub.

Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Cəmiyyət
20 dekabr 2025 184 baxış
Kəlbəcər dağlarından paytaxta gəlib çatan dad | “Balland” brendi - Baku TV

Kəlbəcər dağlarından paytaxta gəlib çatan dad | “Balland” brendi - Baku TV

Cəmiyyət
20 dekabr 2025 184 baxış
“Vaxt var idi, taksi də qalxmırdı” | Bakının unikal qəsəbəsi: Sakinlərin gözü ilə Bayıl - Baku TV

“Vaxt var idi, taksi də qalxmırdı” | Bakının unikal qəsəbəsi: Sakinlərin gözü ilə Bayıl - Baku TV

Cəmiyyət
20 dekabr 2025 184 baxış
Sərnişinlər bu avtobusdan sallana-sallana gedir | “Nə edək, olanımız budur” - Baku TV

Sərnişinlər bu avtobusdan sallana-sallana gedir | “Nə edək, olanımız budur” - Baku TV

Cəmiyyət
20 dekabr 2025 184 baxış
“Meyxananın sütünlarından biri vəfat etdi” | Meyxanaçı Ağakərim son mənzilə yola salındı - Baku TV

“Meyxananın sütünlarından biri vəfat etdi” | Meyxanaçı Ağakərim son mənzilə yola salındı - Baku TV

Cəmiyyət
20 dekabr 2025 184 baxış
Bakıda tibbi xidmətlərin sayı 335-ə qədər artırılıb

Bakıda tibbi xidmətlərin sayı 335-ə qədər artırılıb

Cəmiyyət
20 dekabr 2025 184 baxış
Diabetin ən təhlükəli fəsadı: Xəstə də hiss etmir | Hamilə qadınlar üçün tək çarə isə... - BAKU MED

Diabetin ən təhlükəli fəsadı: Xəstə də hiss etmir | Hamilə qadınlar üçün tək çarə isə... - BAKU MED

Cəmiyyət
20 dekabr 2025 184 baxış
Saxta SMM xidməti ilə insanları aldadırlar | Belə dələduzlardan necə qorunmaq olar? - Baku TV

Saxta SMM xidməti ilə insanları aldadırlar | Belə dələduzlardan necə qorunmaq olar? - Baku TV

Cəmiyyət
20 dekabr 2025 184 baxış
Qəzalar zamanı niyə arxadan vuran sürücü günahkar olur? - Baku TV

Qəzalar zamanı niyə arxadan vuran sürücü günahkar olur? - Baku TV

Cəmiyyət
20 dekabr 2025 184 baxış
Rusiya-Ukrayna cəbhəsində yeganə azərbaycanlı qadın hərbçi Samirə danışdı - Baku TV

Rusiya-Ukrayna cəbhəsində yeganə azərbaycanlı qadın hərbçi Samirə danışdı - Baku TV

Cəmiyyət
20 dekabr 2025 184 baxış
Seçilmişlər
icon