Pleyeri seçin:

Həsən Məmmədovun atası hansı hərəkətinə görə ondan küsmüşdü? | Dedi ki, onu filmdən çıxarmasa…

31 yanvar 2025 385 baxış

“Böyük dayaq”, “Arşın mal alan”, “Bir cənub şəhərində”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Gün keçdi”, “Dədə Qorqud”, “Arxadan vurulan zərbə”, “Bizi bağışlayın”, “İstintaq” və başqa filmlərdə yaddaqalan obrazlar yaradan aktyor Həsən Məmmədov 22 noyabr 1938-ci ildə dünyaya göz açıb.

Aktyor kinoya “Böyük dayaq” filmi ilə gəlib. Bu filmdə canlandırdığı “Qaraş” obrazı ona şöhrət gətirib. Film eyni zamanda aktyorun atasının da ona olan münasibətlərinin düzəlməsində önəmli rol oynayıb. Çünki müəllim olmaqdan imtina edərək teatra üz tutan Həsən Məmmədova atası nəinki dəstək olmayıb, hətta ondan küsüb.

H.Məmmədov kinostudiyanın yaxınlığındakı kirayə yaşadığı həyətdə tələbələrlə birlikdə qalırdı. Həmin tələbələrdən biri – Lətifə adlı qız aktyorun diqqətini cəlb etmişdi. Çəkilişlərdən vaxt tapan kimi o bu qızın arxasınca düşərdi. Bu vəziyyət 3-4 ay davam edir. Qız isə kim olduğunu bilmədiyi səssiz oğlana uzaqdan bağlanırdı. Aralarında 8 yaş fərq olan cütlük 1967-ci ildə evlənib və onların iki övladı dünyaya gəlib.

Ömrünün son illərində ürək xəstəliyindən, yüksək qan təzyiqindən əziyyət çəkən aktyor hətta ağır ürək əməliyyatı da keçirib. Bütün səylərə baxmayaraq, H.Məmmədov 2003-cü ilin avqustun 26-da dünyasını dəyişib. O, İkinci Fəxri xiyabanda dəfn olunub.

Xalq artisti Leyla Şıxlinskaya Həsən Məmmədovla bağlı xatirələrindən bəhs edərkən bildirib ki, onunla ilk tanışlığı “Arşın mal alan” filmi ilə olub.

“Həsən ilə olan səhnələrim çox rahat, sakit keçirdi, sanki bu insanı çoxdan tanıyırmış kimi hiss edirdim. “Gün keçdi” filmində oynadığımız zaman bir səhnəmiz var idi ki, Əsmər Oqtayın evinə gəlir, birlikdə şəkillərə baxırlar. Sonra Oqtay gəlib arxadan Əsməri qucaqlamalı, əllərini onun boynuna qoymalı idi. Mən də gözləyirəm ki, o nə vaxt gəlib əllərini çiynimə qoyacaq. Bir neçə dəfə səhnəni çəkməyə cəhd etdik, alınmadı. Əlləri kəpənəyin qanadları kimi uçurdu, boynuma qoya bilmirdi. Artıq səbrim daşdı, ona “Həsən, mənim yerimdə dur, bax, əllərini belə qoyarsan” dedim. “Ay Leyla xanım, nə yaxşı aktrisasınız, gözəl rola girdiniz” dedi. Onun dünyadan köçməyi mənə çox təsir edib, bu gerçəyi heç cür qəbul edə bilmirəm”, – deyə Xalq artisti əlavə edib.

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
21 dekabr 2025 385 baxış
AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

Cəmiyyət
21 dekabr 2025 385 baxış
Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Cəmiyyət
21 dekabr 2025 385 baxış
"Yeni il karvanı" sirk şousu | Bakı Dövlət sirkinin möhtəşəm təqdimatı - Baku TV

"Yeni il karvanı" sirk şousu | Bakı Dövlət sirkinin möhtəşəm təqdimatı - Baku TV

Cəmiyyət
21 dekabr 2025 385 baxış
Azərbaycanda bir ilk | Balaca boylu aktyorların teatrı fəaliyyətə başladı - Baku TV

Azərbaycanda bir ilk | Balaca boylu aktyorların teatrı fəaliyyətə başladı - Baku TV

Cəmiyyət
21 dekabr 2025 385 baxış
“Dedi, gəl qızımı al, evimi də verirəm” | İnternatda böyüyən ata 9 uşağı necə saxlayıb?

“Dedi, gəl qızımı al, evimi də verirəm” | İnternatda böyüyən ata 9 uşağı necə saxlayıb?

Cəmiyyət
20 dekabr 2025 385 baxış
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç | Sakinlər hisslərini bölüşdü - Baku TV

Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç | Sakinlər hisslərini bölüşdü - Baku TV

Cəmiyyət
20 dekabr 2025 385 baxış
“Həyatıma girən kişilər ilk bu sualı verir” | Fitnes model Günay “Qapqara”da hansı sirrini açdı?

“Həyatıma girən kişilər ilk bu sualı verir” | Fitnes model Günay “Qapqara”da hansı sirrini açdı?

Cəmiyyət
20 dekabr 2025 385 baxış
“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

Cəmiyyət
20 dekabr 2025 385 baxış
Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Cəmiyyət
20 dekabr 2025 385 baxış
Seçilmişlər
icon